NATO-nun İraqdakı yeni missiyasına Kanada rəhbərlik edəcək

2018/07/101877591_1531322474.jpg
Oxunub: 539     00:39     12 İyul 2018    
“Şimali Atlantika alyansının İraq qüvvələri üçün başladacağı təlim missiyasına birinci ildə Kanada rəhbərlik edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

NATO sammiti öncəsi açıqlama verən Trüdo Kanadanın bir il ərzində İraqdakı təlim missiyasına rəhbərlik edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu məqsədlə Kanada əsgərlərinin Bağdad və ətraf bölgələrə yerləşdirilməsinə bu ilin payızında başlanacaq. Bundan başqa Kanada missiyaya 4 ədəd “Griffon” helikopteri ilə də dəstək verəcək.

Trüdo bildirib ki, bu missiyanın tərkib hissəsi kimi Kanada Silahlı Qüvvələri İraqa 250-yə qədər əsgər yerləşdirəcək.

Xatırladaq ki, hələ fevral ayında NATO-nun Baş katibi Yens Stoltenberq İraqda yeni təlim missiyasına ehtiyac olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   İraq   Kanada  

NATO-nun İraqdakı yeni missiyasına Kanada rəhbərlik edəcək

2018/07/101877591_1531322474.jpg
Oxunub: 540     00:39     12 İyul 2018    