Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
NATO sammitinə qatılmaq məqsədilə getdiyi Brüsseldə jurnalistlərin suallarını cavablayan Çavuşoğlu, NATO ölkələrinin S-400-lərin alınmasından duyduqları narahatlığı başa düşdüyünü bildirib.
“Texniki hissəsini anlaya bilirik. Məsələn S-400 komplekslərinin NATO sistemlərini, müttəfiq və ya düşmən olaraq müəyyən edib-etmədiyini soruşmaqları normaldır. Bu mövzuda onsuz da biz də həssasıq və alarkən də şərtlərimizi irəli sürdük”, - deyə Çavuşoğlu qeyd edib.
O vurğulayıb ki, S-400-ün alınması Türkiyənin təcili ehtiyacları arasında idi və bu ehtiyacını müttəfiqləri vasitəsilə qarşılaya bilməyən Türkiyə ən yaxşı təklifi Rusiyadan alaraq, onların əldə edilməsinə dair müstəqil qərar qəbul edib.
Ağalar Ağalarlı
Ordu.az