NATO Ukraynaya üzvlük ehtimalını artıracaq təklif göndərib

2018/07/1496831912-6081_1531307454.jpg
Oxunub: 509     19:09     11 İyul 2018    
NATO nümayəndəsi Ukraynanın Milli Təhlükəsizliklə bağlı qanun layihəsinin tam həcmdə tətbiqinin Kiyevin alyansa üzvlük yolunda atdığı əhəmiyyətli addım olacağını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Ukraynadakı Qarşılıqlı Əlaqələr İdarəsinin sədri Aleksandr Vinnikov bildirib.

O qeyd edib ki, mili təhlükəsizliklə bağlı qəbul edilən qanun layihəsi gələcəyə yönəlik əhəmiyyətli addımdır. Bu hüquqi akt Ukraynanı Avro-Atlantik standartlara və prinsiplərə daha da yaxınlaşdıracaq.

"Bu qanunun qəbul edilməsindən daha çox onun hər bir maddəsinin praktiki olaraq tətbiqinə ehtiyac var. Ukrayna xalqı və Ukrayna dövləti sadəcə hüquqi olaraq deyil, həm də reallıqda Qərbə tam inteqrasiya nümayiş etdirməlidir. Əgər bu baş versə, onda Ukraynanın NATO-ya üzvlüyü daha da yaxınlaşacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna parlamenti sözügedən qanun layihəsini 21 iyunda qəbul edib və iyulun 5-də Petro Poroşenko qanun layihəsini imzalayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   NATO  

NATO Ukraynaya üzvlük ehtimalını artıracaq təklif göndərib

2018/07/1496831912-6081_1531307454.jpg
Oxunub: 510     19:09     11 İyul 2018    