Şoyqu: Suriya ilə S-300-lərə dair danışıqlara hazırıq

2018/07/heres-why-russia-selling-s-300-advanced-missile-systems-to-iran-is-such-a-big-deal_1531306195.jpg
Oxunub: 597     18:48     11 İyul 2018    
Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriyanın Moskvadan S-300 hava hücumundan müdafiə sistemləri istəməsinə dair iddiaları cavablandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiyanın lazım gəldikdə Suriyanı hər bir hücumdan qoruyacağını bildirib.

O qeyd edib ki, bir neçə il öncə Moskvaya Suriyadan S-300 raketdən müdafiə sistemləri ilə bağlı bir tələb gəlsə də, hazırda Suriyanın elə bir tələbi gündəmdə deyil.

"Bəli, bir neçə il öncə Suriya bizdən bu sistemləri istədikdə biz İsrail və Qərbin tələblərini nəzərə alaraq rədd cavabı verdik. Lakin hazırda ABŞ, Fransa və Böyük Britaniyanın Suriyada həyata keçirdiyi şiddəti nəzərə alaraq deyə bilərəm ki, Suriyanın bu hücumlardan müdafiəyə ehtiyacı var. Suriyanın hava hücumundan müdafiə qabiliyyəti artırılmalıdır. Lakin hələlik Dəməşqdən belə bir tələb olmayıb. Əgər olsa, Moskva bu tələblərin müzakirə edilməsinə hazırdır”,-deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Rusiya   S-300  

Şoyqu: Suriya ilə S-300-lərə dair danışıqlara hazırıq

2018/07/heres-why-russia-selling-s-300-advanced-missile-systems-to-iran-is-such-a-big-deal_1531306195.jpg
Oxunub: 598     18:48     11 İyul 2018    