Naxçıvanda "tank əleyhinə sədd": SOM-B1-lərin zərbəsi altına tək Qarabağ düşməyəcək – HƏRBİ EKSPERT

2018/07/345345_1530079007_3061981198.jpg
Oxunub: 10196     14:36     11 İyul 2018    
Bütün dünyanın diqqətinin Rusiyada keçirilən dünya çempionatına yönəldiyi bir vaxtda, Azərbaycanın keçirdiyi hərbi paradda nümayiş etdirdiyi kifayət qədər ciddi silah sistemləri, Cənubi Qafqazda "müharibə tərəzisinin" Azərbaycana tərəf ciddi şəkildə əyilməsini praktiki olaraq sübut etdi. Belə bir kütləvi təchizatın Ermənistan rəhbərliyini, həm də havadarlarını ciddi şəkildə narahat edəcəyi əslində gözlənilən idi. Bu gün Azərbaycan Ordusunun tələbatlarını ödəmək üçün aktiv şəkildə Tükiyədən, İsraildən, Rusiyadan, Belarusdan, Pakistandan, ABŞ-dan hərbi və mülki təyinatlı avadanlıqlar alınır. Bunların arasında düşmən tərəfini ciddi şəkildə narahat edən taktiki qanadlı raketlər, YARS-lar, HHM kompleksləri, PUA-lar, dəqiqliyinə görə OTRK hesab edilən uzaq mənzilli artilleriya sistemləri, ağıllı raketlər və s. yer almaqdadır.

Hazırkı hərbi-siyası vəziyyət, eyni zamanda qüvvələr nisbəti Azərbaycan - Ermənistan münaqişəsinin növbəti geniş miqyaslı eskalasiyasına münbit şərait yaradır. Bir həftə əvvəl, iyunun 30-da silahlı qüvvələrin qoşun növü və ordu korpuslarının komandan heyəti ilə keçirdiyi rəsmi toplantıda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, rəsmi Bakının münaqişənin diplomatiya yolu ilə həll edilməyəcəyi təqdirdə Qarabağ münaqişəsinin hərbi həlli üçün hazır olduğunu bildirib. Bu əslində şişirtmə deyil. Münaqişənin səbəbləri və detalları barədə müzakirə aparmağa dəyməz. Son əməliyyatları analiz edən Ermənistan tərəfi Azərbaycanın işğala məruz qalması faktı ilə barışmayacağını çoxdan anlayıb.

İstənilən halda, Azərbaycan Silahlı Qüvvələrinin Avrasiya qitəsinin bu çətin geostrateji regionunda Ermənistana münasibətdə ciddi bir təhlükə olmasının tərəfdarıyam. Kimsə bunun əksininin tərəfdarıdırsa, o zaman işğalçını öz adı ilə adlandırmalı, ərazilərin azad edilməsi üçün səmimi addımlar atmalıdır. Əks halda 2016-cı ilin aprel hadisələrinin geniş miqyasda təkrarlana biləcəyi ehtimalı çox yüksəkdir.

Əslində münaqişənin yenidən alovlanması, münasibətlərinin ən yüksək səviyyədə mərhələsini yaşayan Türkiyə və Rusiyanın da maraqlarına xidmət etmir. Son aktiv döyüş əməliyyatları zamanı bu münasibətlər kifayət qədər zədələndi. Hazırkı Ermənistan-Rusiya münasibətlərinin səviyyəsini nəzərə alsaq, münaqişənin daha böyük ərazilərin azad olunması ilə müşayiət ediləcəyini ehtimal etmək olar.

İşğal altında olan Qarabağdakı 2016-cı ildə bərpa olunan yüksəklik uğrunda döyüşlər, 1994-cü ildə dayandığı yerdən də başladı: Odundağ, Lələtəpə, Günnüt. Bu yüksəkliklər Ermənistan tərəfindən 1994-cü il atəşkəs razılaşmasına qədər işğal edilən son yüksəklik və yaşayış məntəqələrimiz idi.

"Odundağ"ın əldə saxlanılması Ermənistan ordusuna Qazax rayonunun magistral yolunu və bəzi ətraf kəndlərini atəş və müşahidə altında saxlamağa imkan verirdi. Bu yüksəkliyin azad edilməsi bölgəyə Azərbaycan Ordusunun atəş nəzarətini təmin etdi.

Lələtəpə yüksəkliyi də Qarabağ ərazisindəki strateji yüksəkliklərə aiddir. Düşmən Lələtəpədən Horadiz istiqamətində hücuma keçməyə və ətraf rayon və qəsəbələri atəş altında saxlamaq imkanına malik idi. Lələtəpə yüksəkliyinin azad edilməsi ətraf rayon, kənd və qəsəbələrimizin düşmənin birbaşa atəşi altından çıxmasına, böyük bir ərazinin ordumuzun nəzarətə keçməsinə, həmçinin qoşunlarımızın gələcək hücum əməliyyatlarında çox ciddi bir plasdarm əldə etməsinə səbəb oldu.

Talış kəndi, 1992-ci ildə və 1994-cü ildə iki dəfə azad edilsə də, onu əldə saxlaya bilmədik və həmin il yenidən işğalçı qüvvələrin nəzarəti altına keçdi. Bu yüksəklik isə Goranboy və Naftalan rayonlarını atəş altında saxlamağa imkan verirdi.

May ayın da isə, “Günnüt-Arpaçay” əməliyyatı nəticəsində ümumilikdə Şərur rayonunun 11000 hektar ərazisi, o cümlədən işğal altında olan Günnüt kəndi, Qızılqaya dağı və Xunut dağı işğaldan azad edildi. Qısa bir müddət sonra Şərur rayonu ərazisində Əlahiddə Ümümqoşun Ordusunun digər mövqeləri də irəli çəkilərək möhkəmləndi.

Şanlı Azərbaycan Ordusu son illərdə ardıcıl həyata keçirdiyi uğurlu "Horadiz", "Odundağ", "Lələ Təpə", "Talış" əməliyyatları siyahısına "Günnüt-Arpaçay" əməliyyatını da əlavə etdi.

Son əməliyyatlar zamanı azad edilən, strateji əhəmiyyətli ərazilərdən biri də 1683 metr yüksəklikdə yerləşən Qızılqaya dağının zirvəsidir. Bu, Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcındakı 2049.8 m yüksəklikdəki Yağargədik yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpa çayının sağ qolları olan Zərnədərə və Payadərə çaylarının suayırıcında yerləşən dağ zirvəsidir.

İkinci azad edilən yüksəklik isə Şərur rayonu ərazisində, 2065.8 m yüksəklikdə yerləşən Xunut dağının strateji zirvəsidir. O, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısında ən yüksək zirvə olduğu üçün strateji əhəmiyyətə malikdir. Ətraf kənd və ərazilərlə birlikdə 11 km uzunluğu olan Arpaçay su anbarı da Azərbaycan Ordusunun tam nəzarətinə qaytarıldı.

Əməliyyat nəticəsində Əlahiddə Ümümqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının şimalında böyük bir taktiki üstünlüyü əldə etməyi bacardı. Bu strateji yüksəkliklər Laçın dəhlizinə aparan yolu tamamilə nəzarətə götürməyə imkan vedi.

Xatırladım ki, Qızılqaya yüksəkliyindəki yeni dayaq məntəqəmizdən bu magistral yola qədər olan məsafə 1200 metrdən 3000 metrə qədər dəyişir. Belə bir məsafədən Ermənistan ordusunun Dağlıq Qarabağa ümumqoşun ehtiyatların yeridilməsinin qarşısını "tank əleyhinə sədd" yaratmaqla almaq mümkün olacaq.

Belə ki, bu səddlərin yaradılması üçün Ordumuzun sərəncamında bir neçə il qabaq Rusiyadan aldığımız yüzlərlə 9M133-1"Kornet-E" TƏİRK mövcuddur. Gecələr 3.5 km, gündüz isə 5.5 km atəş məsafəsinə malik lazer tuşlamalı komplekslərlə silahlanan bölmələrin artıq ön xətdə yerləşdirildiyinə şübhə etmirəm. Təbii ki, bəzi səhv axtaranlar "bu komplekslər yarım avtomatik rejimdə çalışır, lazer hədəfi birbaşa görməlidir, yəni dağlıq ərazidə təbii relyef elementlərinin arxasında olan vasitələri məhv edə bilmir" deyəcəklər. Əslində haqlıdırlar. Lakin nəzərə alsaq ki, silahlanmada 9M133-1 "Kornet-E" komplekslərindən başqa, 8 km atəş məsafəsinə malik istənilən sığınacaqda olan zirehli texnikanı məhv edə bilən, "atdım-unutdum" tipli "Spike- ER" tank əleyhinə idarəolunan raketlər və bu raketlərə qapalı mövqelərdəki hədəfləri göstərə biləcək çox sayda PUA-lar mövcuddur, o zaman "sədd"lərin yaradılması ilə bağlı müzakirələr məntiqi sonluğuna çatar. Ordumuzda bu tip komplekslərin ümumi sayı 150-dən çoxdur.

Silahlı Qüvvələrimiz tərəfindən, həm döyüş əməliyyatlarında, həm də təlimlər zamanı istifadə edilən "Spike" tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) illərdir ki, işğalçı ordunun kabusuna çevrilib. 4-cü nəsilə aid daşına bilən kompleks hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə məhv edə bilir. Operator havada belə raketin uçuşunu nizamlaya bilir. Raket əvvəlcədən bir dəfə gördüyü hədəfə kilidlənərək, onu birbaşa görüntü sahəsindən çıxması halında belə müstəqil olaraq tapıb məhv edə bilir. Raketə peyk və ya dronlardan əlavə informasiya daxil etməklə, operatorun görə bilmədiyi hədəflərə də zərbə endirmək mümkündür.

"Spike-ER" tank əleyhinə raket sistemi sursatın avtonom tuşlanması prinsipi ilə çalışır. Raketin özütuşlanan başlığının burun hissəsində, onun arxasında elektron blok və kumulyativ qurğu, sonra isə uçuş mühərriki yerləşdirilib. TƏİRK-in korpusunun mərkəz hissəsində naviqasiya qurğusu (qiroskop) və akkumlyator batareyası mövcuddur.

Mərkəzi bölmə qatlanan qanadlar ilə təchiz olunub. Bundan sonra partlayıcı və əsas kumulyativ hissə yer alır. Qatlanan sükan pərləri, start mühərriki və fiber-optik lifli kabel sarğısı isə quyruq hissədə yerləşir. Bu komplekslərin 1500 metrdən 25000 metr məhvetmə məsafəsinə sahib olmaqla 4 müxtəlif versiyası mövcuddur. Helikopterdən buraxıldıqda atəş məsafəsi 20 faizə qədər arta bilər.

"Spike-SR" - bu ailənin ən qısa məsafəli nümayəndəsidir. Raket tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən buraxılır. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9.8 kq olan bu raket minimum 50 m, maksimum 1.5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Ordumuzum istifadəsində mövcud deyil.

"Spike-MR"- orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isəminimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılarımız tərəfindən istifadə olunur.

"Spike-LR"- uzun məsafəli versiyadır. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşunları tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırılır. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. Hazırda bu variantın atış məsafəsinin 5 km-ə qaldırılıb, yüngül helikopterlərə quraşdırmaq mümkündür.

"Spike-ER" - silahın ekstra-uzun məsafəli versiyası. Həmçinin "NT-Dandy" və ya "NT-D" olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1000 mm-dir.

"Spike NLOS"- ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. "Spike" kompleksinin digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran "Spike NLOS" həm qurudan, həm sudan, həm də havadan atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında əsasən 4 km və daha çox atəş məsafəsinə malik modellər yer alır.

Digər tərəfdən silahlanmamızda olan PUA-ların geniş siyahısı, məsələn "Orbiter-2M", "Heron-TP", "Hermes-450/900" və s. kimi aparatlar, birbaşa görüntü zonasından kənarda olan və "dəhliz"dən istifadə edərək Dağlıq Qarabağa daxil olmağa cəhd edən istənilən vasitələri məhv etmək üçün "Spike" komplekslərinin hədəfə tuşlanmasını həyata keçirə bilər. Buna görə də Naxçıvan istiqamətində azad edilən yeni mövqelərimizin Dağlıq Qarabağa əlavə texnikaların yeridilməsinin qarşısının alınmasında və "girişə qadağan edilən səddlər"in yaradılmasında çox böyük əhəmiyyətə malikdir. Həm beynəlxalq ictimaiyyət tərəfindən, həm də hüquqi baxımdan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olaraq tanınması səbəbindən, həmin ərazilərə giriş-çıxışın nəzarətə götürülməsi bizim üçün heç bir hüquqi problem yaratmır.

"Spike-NLOS"un 25 km-lik məhvetmə məsafəsi Ermənistan silahlı qüvvələri üçün daha ciddi problemlər yaradacaq. Bu komplekslərin mövcudluğu Silahlı Qüvvələrimizə ciddi resurslar cəlb etmədən belə Ermənistanı Dağlıq Qarabağla biləşdirən ikinci "dəhlizi"- M11 adlandırılan Sotk-Kəlbəcər-Ağdərə magistralını atəş altında saxlaya biləcək. Bunun üçün yeni Ermənistan ordusunun müvqelərinə yaxınlaşmağa, yeni möhkəmləndirilmiş istehkam qurğularının, atəş mövqelərinin və ya dayaq məntəqələrinin yaradılmasına ehtiyac yoxdur. Daşkəsənin Xoşbulaq və Kollu yaşayış məntəqələrinin üstündəki mövcud mövqelərimizə yerləşdiriləcək "Spike-NLOS" TƏİRK-dən buraxılan 25 km məsafəli raketlər Ermənistanın Dağlıq Qarabağla bağlayan "ikinci arteriya damarı"nı kəsməyə və bu magistralla hərəkət edən istənilən nəqliyyat vasitəsini məhv etməyə artıqlaması ilə imkan verəcək.

Bəzən erməni ekspertlər iddia edirlər ki, münaqişənin Bakı-İrəvan müstəvisinə keçməyənə qədər Azərbaycan Ordusu böyük nəqliyyat qovşaqlarına, hərbi -strateji obyektlərə ciddi zərbələr endirməkdən yayınacaq. O zaman bir sual yaranır: "SOM-B1" taktiki qanadlı raketlərinin alınmasına nə ehtiyac var idi?

Türkiyənin TÜBİTAK SAGE korporasiyası tərəfindən yaradılan qanadlı raketin məhvetmə radiusu 250 km-dir. 2018-ci ilin iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi şərəfinə keçirilən hərbi paradda ilk dəfə təqdim olunan SOM-B1 çoxməqsədli qırıcılardan da buraxıla bilir. Yüksək dəqiqlikli qanadlı raketlər uçduğu trayektoriyada yerin relyefini təkrarlayan rejimdə uçaraq düşmənin mövcud HHM sistemini yara bilir. Bu raketlərin Ermənistan ərazisini həm eninə, həm uzununa "örtərək", Rusiya tərəfindən dərinliklərdə yerləşdirilən S-300 ZRK-ya aid RPN 30N6E tuşlama RLS-lərinə və 5N66M/76N6 aşağı hündürlük açkaretmə stansiyalarına kütləvi zərbə endirmək məqsədi ilə istifadə ediləcəyi gözləniləndir. Ermənistanın istifadəsində olan HHM sisteminin sıradan çıxarılması, həm HHQ-yə havada üstünlüyü əldə etməyə, həm də yeni alınan LORA, "Polonez", "Qasırğa" və LAR kompleksləri ilə təyin edilən hədəflərə dəqiq və tam təhlükəsiz zərbələr endirməyə imkan verəcək.

Bəzi erməni meylli saytlarda yayılan xəbərlərdə, SOM-B1 qanadlı raketlərinin yerləşdirilməsində Azərbaycan HHQ-də modullararası multipleks məlumat mübadilə kanalına sahib müasir təyyarələrin olmadığını iddia edirlər. Bu isə təbii ki, Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanan bir addımdır.

Əslində əvvəlki nəsil Rusiya təyyarələrinin yeni müasir modulla təmin edilməsi zaman baxımından da mümkün deyil. Lakin Azərbaycan HHM və HHQ-nin davamlı olaraq İsrail, Türkiyə, Çexiya, Pakistan, Ukrayna, Belarus və CAR ilə bu sahədə əməkdaşlığı aviasiya parkımızın Azərbaycan ərazisindəki avibazalarda modernləşdirilməsinə imkan verdi. Hazırda Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında "Aero L-29", "Aero L-39" təlim-döyüş, MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16 müxtəlif təyinatlı döyüş və nəqliyyat təyyarələri, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin müxtəlif tipli pilotsuz uçan aparatlar mövcuddur. Dərin modernləşdirmə proqramları çərçivəsində Su-24, Su-25 və MiQ-25 təyyarələri MIL-STD-1553B modullararası multipleks məlumat mübadilə kanalı və radioelektron sistemləri ilə təchiz olunub. Azərbaycan tərəfini bu proqramda təmsil edən AZAIRTECHSERVICE şirkəti sonralar Əlcəzairə məxsus MiQ-25 təyyarələrini də Azərbaycanda modernləşdirib.

2017-ci ildə bağlanan müqavilə əsasında Pakistan Azərbaycana müasir, 4 + nəsil JF-17 "Thunder" qırıcı-bombardmançı təyyarələrini və təlim məqsədli "Super Mushshak" təyyarələrini təhvil verməyə başlayıb. Modernləşdirilən və yeni alınan təyyarələr yeni qanadlı raketləri inteqrasiya etməyə tam imkan verir.

"İsgəndər" raketlərinı xalqa çəkindirmə silahı kimi təqdim edən Ermənistan hakimiyyətindəki "isti baş"ları soyutmağa, Belarusdan alınan "Polonez" Yaylım Atəşli Reaktiv Sistemlərinin çox kömək edəcəyini zənn edirəm.

"Polonez" sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. YARS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 100-300 km məsafədə, 8 fərqli hədəfə, 301 mm raketlərlə zərbə endirə bilər.

Hər bir raket 275 metr radusda, 6 "Polonez"dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100 kv.km ərazini atəşlə örtür. Nəzərə alsaq ki, Azərbaycan Ordusu birinci partiyada bir ədəd artilleriya divizion dəstini, yəni 18 ədəd "Polonez" kompleksini qəbul edərək atəş müvqelərinə yerləşdirib. Bundan sonra əlavə "Polonez" almasaq (əslində layihənin qeyri-rəsmi ortağı kimi bu mümkün deyil), yalnız əlmizdə olan "Polonez" divizionundan istifadə etsək, döyüş əməliyyatlarının başlayacağı ilk dəqiqə ərzində yüzdən çox hədəfə yüksək dəqiqlikli zərbə endiriləcək.

Hər biri 750 kq olan raketin 480 kq-a bərabər döyüş başlığının zərbə gücü 560 kq trinitrotoluol (C6 H3 (NO2 )3 СН3) ekvivalentinə bərabərdir. Bu isə, bir artilleriya batareyasının yaylım atəşinin bir dəqiqədə 100 kv. km əraziyə malik bir rayon mərkəzini, artilleriya divizionun yaylım atəşi isə bir dəqiqə ərzində 300 kv. km əraziyə malik böyük bir şəhərin ərazisini yerlə-yeksan etməsi deməkdir. Bir dəqiqə ərzində bir diviziondan bir şəhərə gücü 81 ton TNT ekvivalentinə bərəbər 144 raket zərbəsinin endirilməsi zəlzələ effekti yaradacaq. Yenə də təkrar edirəm ki, bütün bu göstəricilər yalnız "Polonez" divizionunun bir yaylım atəşi ilə ilk dəqiqə ərzində endirə biləcəyi atəş zərbəsinə aid göstəricilərdir.

Raketlərin maksimal atəş məsafəsində hədəfdən ehtimal olunan dairəvi yayınmasının 10-30 metrdən çox olmaması, "Polonez" kompleksinin OTRK keyfiyyətinə sahib olması ilə nəticələnib.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan müxtəlif tipli artilleriya sistemləri arasında İsrailin şirkətinin "Lynx" YARS-ları da mövcuddur. "Lynx" iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir. O, mobil 6x6 təkər formalı şassiyə yerləşdirilən 122mm-dən 300 mm-ə qədər çapa malik raketlərlə atəş açmaq üçün nəzərdə tutulur. "Lynx" şassisi müxtəlif raketlərin buraxılışı üçün nizamlana bilər. Onun universal şassisinə 40 (2x20) ədədlik paket ilə 122 mm-lik "Qrad" raketlərindən 20-40 km məsafədə, 26 (2x13) ədədlik paket ilə 160 mm-lik LAR-160 və ya ACCULAR raketlərindən 45 km məsafədə və ya 8 (2x4) ədədlik 300 mm-lik EXTRA raketlərindən 150 km məsafədə yerləşən hədəflərə atəş açmaq üçün atıcı konteynerlər quraşdırıla bilər. Bundan əlavə, bu platforma yüksək dəqiqlikli qanadlı "Delilah-GL" raketlərinnin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA OTRK-nin raketlər üçün buraxılması üçün atıcı qurğu kimi də istifadə edilir. Raketlər qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik kasetlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.

"Lynx" YARS-larının inkişaf edən atəşi idarəetmə sistemi, hücum hədəfinə uyğun olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Yüksək keçicilik və hərəkətlilik imkanları YARS-a mövqeyini qısa bir zamanda dəyişdirməyə və batareyanın düşmən atəşi altında olma riskini minimuma endirməsinə şərait yaradır. Müasir rabitə və kompüter texnologiyası "Lynx" kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir, həmçinin YARS daha böyük artilleriya bölmələrinin passiv və ya inteqrasiya olunan elementi kimi istifadə edilə bilər.

"Lynx" YARS tam müstəqil ballistik hesablama və atəşi idarəetmə funksiyalarına malikdir. Əks batareya atəşindən yayınmaq üçün konteynerlərin yüklənməsi atəş mövqeyindən kifayət qədər aralı məsafədə həyata keçirilir. Azərbaycan bu silah sistemlərinin bütün versiyalarını əldə edib. Azərbaycan tərəfinin tələbi ilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edilib. YARS kompleksləri Azərbaycanda istehsal edilən "KamAZ- 6350" şassisinə keçirilib. "Lynx"lər Azərbaycanın Türkiyədən aldığı 122 mm-lik T-122 "Sakarya" paket-konteynerlərindən də istifadə edə bilir.

Düşmən ordusunun digər dəhşət dolu röyasına səbəb olacaq sistemlərdən biri də EXTRA raketləridir. Hazırda yerüstü atıcı qurğulardan buraxılmaq üçün hər birində 4 ədəd raket olmaqla konteyner paketlərində təklif olunur, raketlər daha dəqiq zərbə endirə bilməsi üçün GPS tuşlama sistemi ilə təchiz olunur. Raket 150 kilometr atəş məsafəsinə malikdir və 125 kiloqramlıq döyüş başlığı ilə təchiz edilir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır. Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə qarşı 300 mm) daha böyükdür.

Yeni əldə olunan silah sistemlərini ayrı-ayrılqda hamısını təqdim etsək, buna uzun məqalə deyil, kitab yazmaq gərək olar. Tək bu silah və texnikaların mövcudluğu sübut edir ki, Azərbaycan geniş miqyaslı əks hücum əməliyatlarına, bütün taktiki və texniki spektrləri əhatə edərək son sarsıdıcı zərbənin endirilməsi ilə başlamağa hazırlaşır. Ermənistan rəhbərliyində bunu anlayan şəxslər yəqin ki, mövcuddur. İrəvanda keçirilən yüksək səviyyəli müşavirədə Azərbaycanın əməliyyatların ilk saatlarında Ermənistanın HHM sistemini sıradan çıxarmaq niyyətinin qarşısını almaq üçün azsaylı təkliflərdən biri, təcili olaraq ordunun HHM komponentini yeniləmək, Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək üçün tədbirlər görülməsindən ibarət olub. Bəziləri 10-20 ədəd "Tor M2U" və "Pantsir- S1" özüyeriyən ZRK alaraq hərbi obyektlərin HHM-ni gücləndirməyi təklif edir. Bu səslənən təkliflər bizim üçün elə də yeni deyil. Sadəcə demək istəyirəm ki, gözlənilmədən dağ silsilələrinin arxasından çıxan 0.01 km.m effektiv əksolunma səth (EOP) əmsalına malik SOM-B1 raketlərini vurmaq üçün, istehsalçıya inansaq S-400 ZRK tələb olunur. S-300 kompleksində isə effektiv əksolunma səth (EOP) əmsalı 0.02 kv.m-dən sonra işə yarayır.

Sonuncu, daha maraqlı təklif Ermənistan rəhbərliyinin xislətini daha dolğun göstərib. Təklif Rusiya hava-kosmik qüvvələrinin 3624-cü aviabazasının yerləşdiyi "Erebuni" aerodromunda Ermənistanın HHM vasitələrindən ibarət etibarlı "hava hücumuna qarşı çətir" yaradılmasından ibarət olub. Bu isə münaqişənin əvvəlində Azərbaycan Ordusunun həmin bazadakı Ermənistan HHM vasitələrinə endirəcəyi zərbə dalğasının Rusiya aviasiya vasitələrinə zərər yetirdiyinə görə Bakı və Moskvanı qarşı-qarşıya gətirəcək və s. Bax indi bədnam qonşularımızı tanıdım. Əslində əsrlər boyu bu dövlətin həyatda qalma prinsipi heç zaman dəyişməyib. Lakin bu hiyləgər "Napoleon"a demək lazımdır ki, dağlıq coğrafiyada hücum edən SOM qanadlı raketini radioüfüq sərhədlərindən kənarda ələ keçirmək lazımdır. Bunu bacarmaq isə əlinizdə olmayan S-400 kompleksindən başqa, yenə də istehsalçıya inansaq, ən azı bir ədəd A-50U tipli radiolokasiya dozor və tuşlama təyyarəsinin mövcudluğu şəraitində mümkündür. Lakin nə kompleks var, nə də RLS təyyarə. Lakin bol söz yığınağı qulaqları deşir.

İstənilən halda bu ilin payızının Kiçik Qafqaz dağlarında "isti başların soyudulması" əməliyyatı kimi tarixdə qalması ehtimalı çox yüksəkdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Naxçıvan   Müharibə   Qarabağ   YARS   SOM  

Xəbər lenti

Naxçıvanda "tank əleyhinə sədd": SOM-B1-lərin zərbəsi altına tək Qarabağ düşməyəcək – HƏRBİ EKSPERT

2018/07/345345_1530079007_3061981198.jpg
Oxunub: 10199     14:36     11 İyul 2018    