Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib - FOTOLAR+VİDEO

2018/07/8bd9668ef8618634eadaf1bdebfc8011_1530630576.jpg
Oxunub: 2908     21:51     03 İyul 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri hazırkı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.

Ordu.az

Teqlər: Müdafiə-naziri   Müşavirə  

Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib - FOTOLAR+VİDEO

2018/07/8bd9668ef8618634eadaf1bdebfc8011_1530630576.jpg
Oxunub: 2909     21:51     03 İyul 2018    