“Bulava” Rusiya HDD-nin istifadəsinə verilib

2018/06/56464_1530259188.jpg
Oxunub: 2129     15:58     29 İyun 2018    
R-30 “Bulava” qitələrarası ballistik raketin də daxil olduğu D-30 raket sistemi Rusiya donanması tərəfindən xidmətə qəbul edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi-sənaye kompleksindən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, raket sistemi çoxsaylı uğurlu sınaqlardan çıxıb. Bu sınaqlarda “Bulava”nın etibarlılığı tam təsdiqini tapıb. Bununla da raketin istifadəyə verilməsi qarşısında dayanan bütün əngəllər aradan qalxıb.

Qeyd edək ki, “Bulava” (NATO adlandırmasında: SS-NX-30) Rusiyanın dənizüstü qitələrarasın ballistik raketidir. O, D-30 atış sisteminin tərkib hissəsidir. 2005-ci ildən etibarən 30 dəfə sınaq atışı həyata keçirilib və bunların üçdə-birində texniki problem ortaya çıxıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

“Bulava” Rusiya HDD-nin istifadəsinə verilib

2018/06/56464_1530259188.jpg
Oxunub: 2130     15:58     29 İyun 2018    