Bu gizli kağızlar əsgərləri dronlardan gizlədə bilər

2018/06/received_2572017283024424_1529684338.jpeg
Oxunub: 4190     20:21     11 May 2019    
Olduqca nazik silikon kağız infraqırmızı kameraları bloklayaraq sanki gözəgörünməzlik örtüyü kimi istifadə edilə bilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin kağızlar müharibə zonalarında itkiləri azaltmaqla yanaşı, əsgərlərin döyüş meydanında hərəkət qabiliyyətinə də tövhə verəcək.

Yeni texnologiya Viskonsin-Madison Universitetinin tədqiqatçıları tərəfindən ixtira olunub. O əsgərlərin bədənindəki, yaxud maşın mühərrikindəki istiliyi gizlədərək qurudakı qoşunların manevr etmə formasını dəyişə bilər.

Texnologiya öz qabaqcıl keyfiyyətləri ilə əsgərləri istilik aşkarlayıcı dronların kameraları üçün az qala gözəgörünməz edir. Alimlər onu gizli (stels) kağız adlandırırlar. Silikondan hazırlandığına görə, insan bədəni formasında bükülə və infraqırmızı işığın 94%-ni gizlədə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Texnologiya   dron  

Bu gizli kağızlar əsgərləri dronlardan gizlədə bilər

2018/06/received_2572017283024424_1529684338.jpeg
Oxunub: 4191     20:21     11 May 2019    