Yaponiya və Rusiya 2+2 formatlı danışıqlar keçirəcək

2018/06/345435_1529588973.jpg
Oxunub: 3135     21:32     21 İyun 2018    
Yaponiya və Rusiya hökumətləri arasında sabah Rusiyanın paytaxtı Moskvada 2+2 formatında danışıqlar aparılması planlaşdırılır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin Müdafiə və Xarici İşlər nazirləri üz-üzə gələcəklər.

Danışıqların mərkəzi nöqtəsi cənubi Kuril adaları ilə bağlı məsələ olacaq. Yaponiya tərəfi görüşdə Rusiyanın bölgədəki hərbi mövcudluğunu genişləndirmə planını qaldırmağı planlaşdırır. Belə ki, Rusiya adalara raket sistemləri yerləşdirməyi düşünür.

Bundan əlavə olaraq nazirlər Koreya yarımadasındakı cari vəziyyəti, yarımadanın nüvəsizləşdirilməsi prosesini də müzakirə edəcəklər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya-Rusiya   Kuril  

Yaponiya və Rusiya 2+2 formatlı danışıqlar keçirəcək

2018/06/345435_1529588973.jpg
Oxunub: 3136     21:32     21 İyun 2018    