"Hakopyan da daxil olmaqla, hər kəs araşdırılacaq" - Sanasaryan

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074_1529047169_1529146142_1529588777.jpg
Oxunub: 3273     23:27     21 İyun 2018    
"Baş hərbi müfəttiş Movses Hakopyan da daxil olmaqla, hər kəs müdafiə nazirliyində araşdırılacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, baş hərbi müfəttiş Movses Hakopyan da daxil olmaqla, müdafiə nazirliyində hər kəs araşdırılacaq.

"Baş nazir korrupsiya ilə əlaqədar bir şey söyləyib, bu deyilənlər qüvvədədir və dəyişməyəcək. Mənə məhdudiyyət qoyan və ya ona qarşı addım atmayacağım heç kim yoxdur. Amma hesab edirəm ki, Movses Hakopyan da korrupsiyanı aşkarlamaq üçün orduda yüksək vəzifə tutan və təcrübəli bir şəxs kimi bizə kömək edəcək", - deyə Sanasaryan vurğulayıb. .

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Movses Hakopyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Bundan sonra Nikol Paşinyanın qərarına əsasən, Hakopyan baş hərbi müfəttiş təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Hakopyan   Ermənistan-ordusu  

"Hakopyan da daxil olmaqla, hər kəs araşdırılacaq" - Sanasaryan

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074_1529047169_1529146142_1529588777.jpg
Oxunub: 3274     23:27     21 İyun 2018    