Çinin üçüncü aviadaşıyıcısı yeni atış sistemindən istifadə edə bilər

2018/06/456456_1529587810.jpg
Oxunub: 3310     01:29     22 İyun 2018    
Üç aviadaşıyıcının komputerlə hazırlanmış görüntüsü Çin mediasında bir neçə gündür ki, geniş şəkildə müzakirə edilir.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu müzakirələrdə ölkənin üçüncü aviadaşıyıcısının təkmilləşdirmə mərhələsində olduğu bildirilib.

Məlumata görə, bu aviadaşıyıcı yeni atış sistemindən istifadə edəcək. Belə ki, öncəki aviadaşıyıcılar təyyarələrin havaya qalxması üçün maili göyərtəyə malik olsa da, yeni gəminin göyərtəsi yastı formadadır.

Hərbi ekspert Sonq Zonqpinq buradan yola çıxaraq iddia edir ki, yeni aviadaşıyıcıda katapult atış sistemindən istifadə ediləcək. Bundan başqa, o, həmçinin üç elektromaqnit atış sistemi ilə də təchiz olunacaq. Bu isə göyərtədəki təyyarələrə yüksək sürətli qalxma və enmə imkanı qazandırır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Aviadaşıyıcı  

Çinin üçüncü aviadaşıyıcısı yeni atış sistemindən istifadə edə bilər

2018/06/456456_1529587810.jpg
Oxunub: 3311     01:29     22 İyun 2018    