İran Ədən körfəzinə döyüş gəmiləri göndərib

2018/06/1845814025148_1529582652.jpeg
Oxunub: 3481     19:55     21 İyun 2018    
İran Yəmənin sahillərindəki Ədən körfəzinə iki ədəd savaş gəmisi göndərib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran donanması “Hark” və “Subulan” gəmilərini Ədən körfəzinə göndərib.

Helikopter daşıma imkanına malik “Hark” və esmines dəstək gəmisi olan “Subulan” donanmanın 54-cü filotiliyasını təşkil edir.

Ərəbistan yarımadasının cənub sahilində Hind okeanını Qırmızı dənizlə birləşdirən Ədən körfəzi strateji əhəmiyyətə malikdir. Bura, həm də Səudiyyə Ərəbistan rəhbərliyindəki koalisiyanın Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar baxımdan da önəmli rol oynayır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Yəmən   ədən-Körfəzi  

İran Ədən körfəzinə döyüş gəmiləri göndərib

2018/06/1845814025148_1529582652.jpeg
Oxunub: 3482     19:55     21 İyun 2018    