Britaniya potensial Tramp-Putin görüşündən narahatdır

2018/06/198450214054584_1529582284.jpg
Oxunub: 4623     19:46     21 İyun 2018    
Britaniya hökuməti ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında baş tutması planlaşdırılan görüşdən narahatdır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Birləşmiş Krallıq bu görüşün NATO-nun iyuldakı sammitindən və Trampın London səfərindən öncə baş tutmasından ehtiyat edir.

Hökumət rəsmiləri belə olacağı təqdirdə görüşün Trampın NATO-ya qarşı öhdəliyinə təsir edə biləcəyini düşünürlər. “The Times” nəşrinin məlumatına görə, diplomatik mənbələr Trampla Putinin NATO sammitindən və Trampın London səfərindən öncə baş verməsinin mənfi nəticələrə gətirib çıxara biləcəyindən çəkinirlər.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də, Trampın Londona səfəri isə iyulun 13-də baş tutacaq. Hələlik nə Vaşinqton, nə də Moskva Putinlə Tramp arasında baş verməsi gözlənilən görüşün vaxtı və yeri barədə məlumat açıqlamayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Tramp   Putin  

Britaniya potensial Tramp-Putin görüşündən narahatdır

2018/06/198450214054584_1529582284.jpg
Oxunub: 4624     19:46     21 İyun 2018    