“F-35-lərin Türkiyəyə gəlməsi 2020-ci ildə baş tutacaq” – Çavuşoğlu

2018/06/1897485458475847_1529579551.jpeg
Oxunub: 3229     15:08     21 İyun 2018    
“F-35 təyyarələri təhvil veriləcək. 2020-ci ilə qədər təlim işləri olacaq. Təyyarələrin Türkiyəyə gəlməsi isə 2020-ci ildə baş tutacaq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Çavuşoğlu bu gün baş tutacaq çatdırılma mərasimində Türkiyəni Müdafiə Sənayesi Müstəşarlığı və Türkiyənin ABŞ-dakı səfirliyindən olan nümayəndələrin təmsil edəcəyini bildirib.

Proqramda hər hansı bir dəyişikliyin olmadığını bildirən nazir özünün də mərasimə dəvət edildiyini vurğulayıb. O, F-35-lərin Türkiyəyə təhvil verilməsinin öncədən müəyyən edilmiş proqram üzrə aparıldığını və ABŞ konqresində təsdiqlənən qanunun buna təsir etmədiyini bildirib.

Çavuşoğlu təlim işlərindən dolayı F-35-lərin Türkiyəyə gəlməsinin 2020-ci ildə baş tutacağını, Türkiyənin bu proqramın ortaqlarından biri olduğunu və 1999-cu ildən etibarən prosesin içində yer aldığını əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   F-35   ABŞ  

Xəbər lenti

“F-35-lərin Türkiyəyə gəlməsi 2020-ci ildə baş tutacaq” – Çavuşoğlu

2018/06/1897485458475847_1529579551.jpeg
Oxunub: 3230     15:08     21 İyun 2018    