Bu ştatlar Milli Qvardiya əsgərlərini ABŞ-Meksika sərhədindən çəkir

2018/06/35652296_2569348826624603_7378545023282839552_n_1529514174.jpg
Oxunub: 3334     21:16     20 İyun 2018    
ABŞ-ın Virciniya, Merilend, Şimali Karolina, Kolorado, Delaver, Massaçusets, Nyu York, Nyu Hempşir, Rod Aylend və Oreqon ştatları Amerika-Meksika sərhədindən əsgərlərin çəkilməsinə dair qərar verib.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb Tramp administrasiyasının sərhəddə yeritdiyi siyasət nəticəsində miqrant ailə üzvlərinin ayrı düşməsi və daha sonra bir-birini tapa bilməməsidir.

Adı çəkilən ştatlardan əlavə, bu vaxta qədər bölgəyə qüvvə göndərməyib, lakin bunu planlaşdıran bir çox ştat da yeridilən siyasətin dəyişdirilməməsi halında bölgəyə əsgər göndərməyəcəyini açıqlayıb.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində çoxsaylı miqrant axınının qarşısını almaq məqsədilə sərhədə Milli Qvardiyanın 4000 əsgərinin göndərilməsinə dair qərar verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Milli-Qvardiya   ABŞ-Meksika  

Xəbər lenti

Bu ştatlar Milli Qvardiya əsgərlərini ABŞ-Meksika sərhədindən çəkir

2018/06/35652296_2569348826624603_7378545023282839552_n_1529514174.jpg
Oxunub: 3335     21:16     20 İyun 2018    