Ermənistanda Raket-artilleriya silahları xidmətinin rəisi həbs edilib

2018/06/324_1529514079.jpg
Oxunub: 3627     21:00     20 İyun 2018    
Ermənistan istintaq orqanları erməni əsgəri Hrant Manqasaryanın ölüm işində raket artilleriya silahları xidmətinin rəisinin günahkar olduğunu sübut edərək həbs ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayışın hərbi hissənin raket artilleriya silahları xidmətinin rəisi mayor A.Qriqoryanın xidməti vəzifə borclarına səhlənkar yanaşması nəticəsində baş verdiyi müəyyən edilib.

Xidmət rəisi silah və sursatın saxlanma qaydalarını pozaraq aprel döyüşlərindən sonra döyüş vəziyyətində olan partlayıcı vasitələri anbara qəbul edib. Bunlara qarşı heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində ağır nəticələrə səbəb olan partlayış baş verib. Anbar rəisi isə aparılan iş zamanı təhlükəsizlk qaydalarının tələblərinə, giriş-çıxış qaydalarına əməl etməyib.

Məlumata görə, həmin anda anbarda 10-dək hərbi qulluqçu texniki təsərrüfat işlərinə cəlb edilmiş halda olub. Səhlənkarlıq edən anbar rəisi 2 nəfərlə birlikdə qumbaraların sökülüb yığılmasına başlayıb ki, yol verilən texniki səhv ucbatından 12:00 radələrində anbarda partlayış baş verib.

Nəticədə əsgər Hrant Manqasaryan aldığı xəsarətlərdən hadisə yerində ölüb, anbar rəisi daxil olmaqla, daha 1 hərbi qulluqşu Alumyan yaralanıb.

Hazırda xidmət rəisi həbs edilib və araşdırma davam edir.

Xatırladaq ki, Ermənistan müdafiə nazirliyinə məxsus "N" nömrəli hərbi hissənin silah anbarında 2017-ci il noyabrın 4-də saat 12:10 radələrində baş verən partlayış nəticəsində anbarda işlərə cəlb edilən erməni əsgəri Hrant Manqasaryan aldığı qəlpə yaraları xəsarətlərindən ölüb. Anbar rəisi müqaviləli hərbi qulluqçu Qevork Hyusnunts və əsgər Sergey Alumyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Əsgər-ölümü   Həbs  

Xəbər lenti

Ermənistanda Raket-artilleriya silahları xidmətinin rəisi həbs edilib

2018/06/324_1529514079.jpg
Oxunub: 3628     21:00     20 İyun 2018    