Zaxarova: “Rusiya ABŞ-ın kosmos komandanlığının təsirlərini araşdırır”

2018/06/6_1529501337.jpg
Oxunub: 2845     17:27     20 İyun 2018    
“Moskva Vaşinqtonun kosmosdakı hərbi quruculuğunun potensial təsirlərini yaxından araşdırır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib.

“ABŞ prezidentinin Hərbi Hava Qüvvələrindən müstəqil Kosmos Komandanlığının yaradılmasına dair Baş Qərargah rəisinə verdiyi göstərişi qeydə almışıq. Bu xəbərdən çıxarılacaq ən əhəmiyyətli nəticə budur ki, ABŞ kosmosda dominantlıq əldə etmək istəyir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, bu addım Vaşinqtonun silahları kosmosa yerləşdirmək və oradan hərbi əməliyyatlar keçirmə istəyindən xəbər verir.

“Bu sadəcə ehtimal yox, həm də gerçəkliyin başa düşülməsidir. Təbii olaraq biz Vaşinqtonun addımlarını və onun potensial təsirlərini yaxından araşdırırıq”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya-ABŞ   Kosmos-komandanlığı  

Xəbər lenti

Zaxarova: “Rusiya ABŞ-ın kosmos komandanlığının təsirlərini araşdırır”

2018/06/6_1529501337.jpg
Oxunub: 2846     17:27     20 İyun 2018    