Həvəs ehtirasında düşüncələrin uçuşu: Cənubi Koreyanın Pilotsuz Aviasiya kompleksləri - HƏRBİ ESKPERT

2018/06/5_1529501159.jpg
Oxunub: 2809     21:14     20 İyun 2018    
Pilotsuz aviasiya kompleksi dedikdə müxtəlif tipli uçuş planlaşdırma, analiz, idarəetmə, rabitə, məlumatların ötürülməsi və köməkçi istismar avadanlıqlarının və PUA-ların özlərini, buraxılma-geri dönmə vasitələrini daşıyan bir neçə ədəd PUA və avtomobillərdən ibarət kompleks başa düşülür.

KUS-FT şirkəti Cənubi Koreya Ordusuna və dəniz piyadalarına taktiki Pilototsuz Aviasiya Kompleksləri (PAK) tədarük edir. Cənubi Koreya bir çox proqramlar çərçivəsində, ehtiyaclarını qarşılamaq və xarici bazarlara çıxarmaq üçün pilotsuz sistemlərini inkişaf etdirir. Cənubi Koreya, müasir aerokosmik sənayeyə sahib və müxtəlif pilotsuz aviasiya komplekslərini inkişaf etdirmək üçün proqramları tətbiq edən azsaylı ölkələrdən biridir.

Ölkənin ciddi təhlükəsizlik problemləri mövcuddur və buna görə də bəzi şərtlər altında fəaliyyət göstərən, müxtəlif çeşiddə vəzifələri yerinə yetirə bilən sistemlərə ehtiyac duyulur: piyadaları dəstəkləyən, daşınan, yaxın məsafəli taktiki səviyyəli kəşfiyyat aparatlarından başlayaraq, mübahisəli hava məkanında uçuş həyata keçirə bilən qabaqcıl zərbə platformalarına qədər. Hazırda silahlanmada olan daha qabaqcıl pilotsuzların (və ya onların alternativlərinin) hazırlanması, eləcə də yeni nəslin tamamilə yeni sistemlərinin inkişafı üçün bir neçə proqram həyata keçirilir.

Bu gün Cənubi Koreya hərbçilərinin sərəncamında qarışıq-taktiki və daha aşağı hündürlükdə fəaliyyət göstərən yerli aparatların, xarici istehsalçıların, məsələn İsrailin "Israel Aerospace Industries" (IAI) şirkətinin MALE (medium-altitude, long-endurance-orta yüksəklikdə, uzun müddətli) tipli "Heron I" platformalarının qarışığından ibarət aparatlar mövcuddur.

Cənubi Koreya Hərbi Hava Qüvvələri təcili ehtiyaclarını qarşılamaq üçün böyük bir proqram həyata keçirir. "Northrop Grumman" şirkətinin RQ-4 "Global Hawk" PUA- larına daha müasir kəşfiyyat, müşahidə və informasiya toplama sisteminin quraşdırılması HHQ-nin imkanlarınının nisbətən yaxşılaşdırılmasına imkan verəcək. Cədvəl üzrə iki kompleks 2018-ci ildə, digər ikisi isə 2019-cu ildə kəşfiyyat idarəsinə çatdırılacaq.

Yerli şirkətlərin əsas səyləri Ordu və HHQ üçün MALE platformasında zərbə PUA-sını, şaquli enmə və qalxmaya malik konvertoplanının yaradılmasına yönəlib. İki şirkət bu proqramlarda baş podratçıdır: "Koreya Aerospace Industries" (KAI) və "Korean Air Aerospace Division" (KAL-ASD).

Bu proqramlar müxtəlif inkişaf mərhələlərində olmasına baxmayaraq, istehsalçılar bir sıra ciddi irəliləyişlər əldə etdilər.

2016-cı ilin sonunda KAL-ASD, Cənubi Koreya ordusuna və Dəniz Korpusuna KUS-FT (RQ-102 olaraq da tanınır) taktiki pilototsuz aviasiya kompleksləri göndərməyə başladı. Proqrama əsasən, 16 belə PUA-nın təslim edilməsi nəzərdə tutulub ki, bunların istehsalı 2020-ci ildə başa çatdırılacaq. 2015-ci ilin dekabrında KAL-ASD şirkəti DAPA Müdafiə satınalmaları idarəsi 30 milyon dollar dəyərində proqram üçün müqavilə imzalayıb. Bəzi mənbələr əsas proqramdan əvvəl məhdud sayda PAK-ların ordu və dəniz piyadalarına təhvil verildiyini iddia edir.

KUS-FT pilototsuz aviasiya kompleksləri əvvəlki KUS-7-yə KUS- 9 PUA-larının bazasında hazırlanır, lakin qanad və gövdənin birləşməsinə, həmçinin quyruq pərlərinə görə fərqlənir.

O, 38 at gücünə malik, elektron yanacaq püskürməsi olan UEL mühərrik ilə təchiz edilib. KUS-FT-nin uzunluğu 3,7 metr, hündürlüyü 0,9 metr, qanadları isə 4,5 metrdir.

Bu PAK-lar kəşfiyyat, hədəf aşkarlanması, hədəf göstərilməsi və döyüş zərərinin qiymətləndirilməsi üçün nəzərdə tutulub. Bu məqsədlə PUA-lar füzelyajın altında quraşdırılan "Hanwha Thales" istehsalı olan, lazer məsafəölçəninə sahib optik-elektron avadanlıqlarla təchiz olunacaq. PUA avtomatik olaraq rels qollarından və ya uçuş zolağından sürətlənərək buraxıla bilər. Şirkətin məlumatına görə, mövqeyə qayıtdıqdan sonra bir saat ərzində PUA-nı təkrar göndərmək mümkündür.

Bütün bu PAK-lar beş maşında nəql olunur: uçuşun planlanması və analizi avadanlığı, uçuşu idarəetmə (iki nəfərlik ekipaj - pilot və uçuş avadanlıqlarının operatoru), rabitə avadanlığı və məlumatların ötürülməsi sistemi ilə, PUA-ların özlərininin daşıyıcısı (4 ədəd PUA , buraxılma-geri dönmə vasitələri və komponentlərini daşıya bilir) və köməkçi istismar avadanlıqları maşını.

Əlavə komponentlərə əlaqə itdiyi halda ehtiyat paraşütlə avtomatik bazaya dönmə funksiyası da daxildir. KUS-FT ən yüksək uçuş yararlılığı sertifikatı alan ilk Cənubi Koreya pilotsuz aparatıdır.

Yeni KUS-FT platformasının inkişafı maraqlıdır. Çünki çoxsaylı xarici istehsalçılar real şəraitdə işləyən KUS-FT-dən zəif olmayan hazır PAK təklif edirdilər, lakin DARA satınalmalar idarəsi və Müdafiə Nazirliyi yeni bir platformanın yaradılması ilə yerli sənayelərini dəstəklənməklə onların tam yeni uğurlara imza atmasına şərait yaratdı.

Gələcəkdə Cənubi Koreyanın ordusu tərəfindən istifadə ediləcək KAI-dən "Next Corps" PUA-sı

Daşınan sistemlər

Cənubi Koreyada daşınan sistemlərin yerli istehsalı da uğurlu alınır. Ordu və dəniz piyadalarının silahlanmasında "Uconsystem" şirkətinin "Remo-Eye-002B" və "RemoEye-006A" pilotsuz aviasiya kompleksləri mövcuddur.

Əfqanıstanın "Ashena" komandasında yerləşdirilən "RemoEye-006A" PUA- sı. Bu Cənubi Koreya bölməsi, digər vəzifələrlə bərabər infrastruktur bərpa qrupunun təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olurdu

"Uconsystem" şirkətinin məlumatına görə, 10 dəqiqədə ərazidə yerləşən bu PUA, rezin iplə buraxılır, paraşüt ilə füzelyaj üstə yerə enir. 1.72 metr uzunluğunda olan "RemoEye-006A" PUA-sı panoramalı skan etmək üçün buruna quraşdırılan elektron optik stansiyadan istifadə edir. Aparat 2.72 metr qanadlar arası məsafəyə malikdir. Sonda isə iki pərvanəli vint yerləşdirilib.

Elektrik mühərriki 75 km/saat maksimum sürəti toplamağa imkan verir, akkumlyator batareyası isə 120 dəqiqə uçuş müddətini təmin edir. Maksimum uçuş çəkisi 6,5 kq, idarəetmə məsafəsi 15 km-ə qədərdir.

Tam kompleks dörd PUA-dan və antenaya malik yerüstü idarəetmə stansiyasından ibarətdir. Şirkətin məlumatına görə, PUA birbaşa və ya aralıq koordinatlarla idarə oluna bilər. Əlavə elementlərsensorlar və videolardan məlumatların digər abunəçilərə ötürülməsi, həmçinin idarəetmə stansiyası ilə arasındakı əlaqə itdikdə bazaya qayıtmaq funksiyasınına malikdir.

"RemoEye-006A" əsasən müşahidə və kəşfiyyat üçün nəzərdə tutulub, digər potensial vəzifələr real vaxtda artilleriya atəşinin nizamlanmasını ehtiva edir.

"RemoEye-002B" 2013-cü ilin sonunda Cənubi Koreya ordusu tərəfindən portativ qısa mənzilli kəşfiyyat vasitəsi olaraq seçilib. Onda hər birində dörd ədəd PUA olmaqla 120 ədəd PAK sifariş edilib. Bu sistem də "RemoEye-006A" ilə oxşar bir konfiqurasiyaya malikdir, lakin bir qədər kiçikdir; ümumi uzunluğu 1,44 metr, qanadları 1,8 metr, maksimum çəkisi isə 3,4 kq-dır.

Qurğu 5 dəqiqə ərzində uçuşa hazır ola bilər, əldən buraxılır və füzelyaj altında quraşdırılan hava yastığı hesabına geri qayıdır. "Uconsystem" şirkətinin məlumatlarına görə, bu PUA da "RemoEye-006A" kimi eyni vəzifələrə malikdir, lakin əl konsolu vasitəsi ilə idarə olunur. Elektrik mühərriki ilə təchiz edilən pilotsuz vasitə maksimal sürətini 80 km/saat səviyyəsinə qədər çatdırır, 60 dəqiqəlik uçuş müddətində 10 km-lik məsafədən idarə oluna bilir. "Uconsystem" şirkəti bu kompleksin növbəti müştərisinin Dəniz Piyadaları olacağını ehtimal edir.

MALE tipli PAK sahəsində Cənubi Koreya hərbçiləri imkanlarını iki müxtəlif kompleks almaqla daha da gücləndirmək niyyətindədirlər.

Hazırda Koreya ordusunda "Night Intruder 300" (həmçinin RQ-101 kimi də tanınır) kompleksini əvəz edən İsrailin İAİ şirkətinin istehsalı olan "Heron I" fəaliyyət göstərir. "Night intruder", imkanlarına görə "Heron"dan əhəmiyyətli dərəcədə geri qalır.

Onun xüsusiyyətləri daha çox taktik platforma xüsusiyyətlərinə uyğundur. "Heron" aparatlarının qəbul edilməsi hədəf yükünün kütləsini, uçuş müddətini, uçuş məsafəsini və uçuşun maksimal hündürlüyünü artırmağa imkan verdi. "Heron" platforması yalnız optik-elektron və infraqırmızı sensorlar qəbul edə bilən "Night Intruder"dən fərqli olaraq, daha çox çeşiddə hədəf yükünü qəbul etməyə imkan verdi.

"Heron" sistemləri ordunun imkanlarını artırsa da, onların əldə edilməsi korpus səviyyəsində istifadə ediləcək, KAI tərəfindən hazırlanan "Next Corps" kəşfiyyat PUA-larının hazır olmasına qədər atılan aralıq addım hesab edilir.

Kəşfiyyat, müşahidə və məlumatların toplanması üçün nəzərdə tutulan bu sistem "General Atomics Aeronautical Systems" şirkətinin istehsalı olan MQ-1 "Predator" PUA-sı kimi eyni sinifdən olacaq. Gələcəkdə bu platforma silahlandırıla da bilər.

Öz növbəsində, Cənubi Koreya HHQ MALE tipli PAK-a olan ehtiyaclarını ödəmək üçün yəqin ki, "Geneal Atomics" istehsalı olan MQ-9 "Reaper" imkanlarına bənzər xüsusiyyətlərə malik KAL-ASD istehsalı orta yüksəklik aparatlarından istifadə edəcək.

Hər iki proqramın xüsusiyyətləri və həyata keçirilməsi üzrə məlumat azdır. Məlum olan isə orta hündüklü PUA-nın KUS-FS adını alaraq rabitə ötürücüsü, radio elektron mübarizə vasitəsi vəzifələri ilə bərabər kəşfiyyat, müşahidə və zərbə funksiyalarını yerinə yetirəcək.

KAL-ASD şirkətinin məlumatına görə, bu kompleks birbaşa görütü zonasında və ya peyk rabitəsi ilə idarə olunur. Daşınan standart faydalı yük vasitələrinə kəşfiyyat məqsədli optik elektron qurğular və radiolokasiya stansiyası daxildir. Kompleksə 3-5 PUA, bir neçə platformaya nəzarət edə bilən yerüstü idarəetmə stansiyası və yerüstü təminat-dəstək komponentləri daxildir. PUA-nın xüsusiyyətlərindən bir neçə rəqəm məlumdur: uzunluğu 13 metr, qanad arası məsafə 25 metr, hündürlüyü 3 metr və adı bilinməyən 1200 at gücündə turbovintli mühərrik. Uçuş müddəti 30 saatdan az olmayacaq.

KUS-FS ilk dəfə 2012-ci ildə havaya qalxdı, layihə 2018-ci ildə tamamlanmalıdır, KAL-ASD şirkəti KUS-FS PAK bazasında HALE (high-altitude, long-endurance- yüksək hündürlüklü, uzun müddətli) versiyasını inkişaf etdirməyə başlayıb.

Sahil Mühafizəsi gəmisində TR-60 konvertoplanının sınaq uçuşları

KAL-ASD şirkəti KARI (Korea Aerospace Research Institute) İnsitutu ilə birgə fırlanan vintlərə sahib konvertoplanların inkişafı və "TR-60" platformasında hazırlanacaq KUS-TR sistemi ilə məşğuldur.

"TR-60" bazası üçün KARI İnstitutunun daha böyük versiyası olan "TR-100" əsas götürülüb. "TR-100" proqramına "ağıllı" PUA layihəsi çərçivəsində 2003-ci ildə başlanılıb. Nəticədə 90 kq yük daşıya bilən, 995 kq çəkiyə malik pilotsuz vasitə hazırlandı. KARI-nin məlumatlarına görə uzunluğu 5 m, eni 7 m olan konvertoplan "Pratt & Whitney Canada" şirkətinin 550 at gücündə olan PW206 mühərriki ilə 500 km/saat sürətlə, 600 metr yüksəklikdə, 200 km radiusda 5 saat ərzində uçuş həyata keçirə bilir.

"TR-60" konvertoplanı ilk dəfə "DX Koreya 2016" sərgisində nümayiş olunub. Aparat qondollarda quraşdırılan və iki vinti hərəkətə gətirən 55 at at gücündə mühərriklə təchiz olunub. Yeni model, TR-100 ölçüsünün təxminən 60%-nə malikdir, kompozit materialdan hazırlanıb, 3 metr uzunluğa, 5 metr enə, 210 kq çəkiyə və 30 kq yük daşıma qabiliyyətinə malikdir. KARI-nin məlumatlarına görə, "TR-60" 250 km/saat maksimal sürətlə, maksimum 4500 metr yüksəklikdə 5 saat ərzində uça bilir.

Konvertoplan, sərgidə burun hissəsində "FLIR Systems"dən quraşdırılan kəşfiyyat vasitələri ilə nümayiş etdirilib. Əsas vəzifələri kəşfiyyat və müşahidə aparılmasıdır. 2017-ci ildə "TR-60"ın Sahil Mühafizə gəmisindən uçuş sınaqları da həyata keçirildi.

KUS-TR konvertoplanı həm hərbi, həm də mülki vəzifələr üçün nəzərdə tutulur. Hərbi tətbiqlərəsasən kəşfiyyat aparılmasından və hədəflərin aşkar edilməsindən ibarətdir.

Kompleks 2- 4 aparatdan ibarətdir, əsas faydalı yük elektron optik kəşfiyyat müşahidə cihazlarından və bir neçə PUA-ya eyni zamanda nəzarət edə bilən yerüstü idarəetmə stansiyasından ibarətdir.

KAL-ASD şirkətinin məlumatına görə, KUS-TR xüsusiyyətləri "TR-60" ilə oxşardır, sadəcə uzunluğu 5 metrə, eni isə 3.5 metrə qədər artırılıb, lakin faydalı yükü əvvəlki 30 kq səviyyəsində saxlayaraq aparatın maksimum kütləsini 200 kq qədər azaldıblar. Uçuş müddəti 6 saata çatdırılıb.

"RemoEye-002B" Koreya Ordusunda yaxın müşahidə və kəşfiyyat vəzifəsini həyata keçirir

Helikopter tipli PAK

KAL-ASD şirkəti şaquli enmə və qalxma imkanlarına sahib helikopter tipli PAK yaradılması istiqamətində KUS-VH proqramını həyata keçirərək MD 500 "Little Bird" (Kiçik Quş) pilotsuz helikopterini hazırladı.

"Little Bird"in ilk uçuşları 2016-ci ildə keçirildi və həmin il şirkət helikopterin hazırlanması barədə "Boeing"lə müqavilə imzaladı. "Boeing" şirkəti H-6U "Unmanned Little Bird" (ULB) pilotsuz helikopterini də hazırlayaraq onu Koreya Ordusuna nümayiş etdirdi.

KUS-VH proqramı istəyə görə (opsional) pilotlu helokopter platformasının versiyası kimi deyil, tam insansız aparatın yaradılmasını nəzərdə tutur. O, yer hədəflərinin kəşfiyyat və müşahidəsini həyata keçirəcək, hədəflərə zərbə endirəcək, təchizat vəzifələrini yerinə yetirəcək və digər pilotlu zərbə helikopterləri ilə döyüş əməliyyatlarında iştirak edəcək.

KAL-ASD şirkətinə görə, KUS-VH layihəsi konvertoplan və KUS-FT proqramına əsaslanır.

KUS-VH layihəsi üzrə KAL-ASD şirkəti şaquli enmə və qalxma imkanlarına sahib PUA istehsal edir

PUA, burun hissəsində quraşdırılan kəşfiyyat müşahidə vasitələri hesabına gecə və gündüz fəaliyyət göstərə bilir. İstəyə görə (opsional) pilotlu helokopter versiyasının istisna edilməsi barədə qərar, faydalı yük daşıma imkanlarını və yanacaq çənlərinin tutumunu artırmaq məqsədilə qəbul edilib.

Hazırda bu kompleksə 2-4 aparat, yerüstü idarəetmə stansiyası və təminat-dəstək avadanlıqlarının daxil edilməsi planlaşdırılır.

Cənubi Koreyada həmçinin günəş enerjisi mühərriki ilə təmin olunan, HALE sinifinə aid sistemlər tədqiq olunur. Bu istiqamətdə KARI Institutu "Electrical Air Vehicle" (EAV) layihəsilə öndədir. EAV proqramı üçün əsas texnologiyalarının inkişafı 2010-ci ildə başlayıb, həmin ilin oktyabr ayında isə EAV-1 ilk dəfə havaya qalxıb. İlk model günəş enerjisi ilə deyil, yalnız yanacaq və akkumlyator batareyaları ilə işləyirdi.

EAV-2-nin ilk uçuşu 2011-ci ilin sonunda baş tutdu, nəticədə uçuş müddəti 22 saata çatdırıldı. KARI institutunun EAV modelləri kifayət qədər uzun müddət havada qala bilir.

EAV-1 və EAV-2 aparatları bir-birindən kifayət qədər fərqlənir. İlk model 2,4 metr qanaq arası məsafəyə və 7 kq uçuş kütləsinə malik idi. EAV-2 modeli isə 7 metr qanad arası məsafəyə və 18 kq ağırlığa sahibdir. Aparat üst tərəfdən qanadların və T formalı pərlərə sahib quyruq hissənin bərkidildiyi aerodinamik formalı füzelyaj moduluna (mühərrik, batareya bloku, yanacaq elementi və anten) malikdir.

Qanadların üstündə üç sıra monokristal silisium tərkibli günəş elementləri yerləşdirilib. Öndə yerləşdirilən mühərrik hava pərlərini hərəkətə gətirir, enerji mənbəyi kimi fotoqalvanik elementlərdən, yanacaq elementlərindən və litium-polimer batareyalardan istifadə edilir.

EAV-2H və EAV-3 modellərində yanacaq elementlərindən imtina edildi, qanad arası məsafə 11 metrdən 20 metrə, çəkisi isə 20 kq-dan 53 kq-a qədər artırıldı. EAV-2H versiyası yanacaq elementi istisna olmaqla, EAV-2 aparatı ilə eyni bir konfiqurasiyaya malikdir. EAV-3 modelində bir sıra konstruksiya dəyişiklikləri edilib, konkret olaraq günəş panelli qanadlar, onların mərkəzi seksiyaları və pərlər yenilənib.

Bütün təcrübələrdən sonra, 2012-ci ildə EAV PUA-larının uçuş müddəti 22 saata, 2013-ci ildə hündürlük isə 5000 metrə çatdırıldı. 2013-ci ildə EAV-2H aparatları artıq 25 saat havada qala bilirdilər. 2015-ci ildə EAV-3 versiyası 14000 metr yüksəklikdə uça bildi.

EAV-2 PUA-sı

EAV-3 PUA-sı

KARI institunun məlumata görə, EAV PUA texnologiyasının təkmilləşdirilməsi, onların uzun müddət (son nəticədə aylarla) stratosferdə aktiv fəaliyyət göstərərək müşahidə, kəşfiyyat və rabitə ötürücüsü kimi vəzifələri yerinə yetirə bilən modellərinin yaradılması istiqamətində daim çalışırlar.

Cənubi Koreyanın KAI və KAL-ASD şirkətlərinin istehsalı olan müasir zərbə PUA-larının yaxın perspektivdə silahlanmaya qəbulu gözlənilir. Müasir PUA-lara KAL-ASD şirkətinin KUS-FC, KAI-nin isə UCAV adlandırılan stels texnologiyalı zərbə aparatlarının layihəsini aid etmək olar.

Hərbi məqsədlər üçün alınacaq və dövlət tərəfindən maliyyələşdirilən layihə və proqramlardan əlavə özəl təşəbbüslər nəticəsində mülki sektora daxil olan kiçik və taktiki pilotsuz komplekslərin hazırlanması da gerçəkləşdirilir.

Öndə mühərriki yerləşən "IAI Panther" aparatanın yaradılması üzrə, "IAI" və "Hankuk Carbon" şirkətlərinin əməkdaşlığı da diqqəti çəkir. Bu şirkətlərin yaratdığı yeni "Koreya Aviation Technologies" birgə müəssisəsi şaquli enmə və qalxma funksiyalı aparatların yeni nəsil olan "Panther" platformasını hazırlayır. Öz növbəsində, "Uconsystem" şirkət daimi müşahidə üçün nəzərdə tutulan, məsələn nəqliyyat karvanlarının hərəkətini izləyə bilən kvadrokopterləri , həmçinin digər pilotsuz vasitələri məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" PUA-sını hazırlayıb.

"Drone Killer" - "Corea Aviation Technologies" birgə müəssisəsinin məhsulu

Cənubi Koreyanın qabaqcıl PAK-ları inkişaf etdirmək sahəsində iddiaları və imkanları böyükdür. Digər tərəfdən bu sahəyə həm dövlət, həm sənaye, həm də özəl sektor ciddi dəstək verir. Tam şəffaflıq şəraitində həyata keçirilən layihələr artıq dünyanın hər yerinə səs salıb. Cənubi Koreya PAK sahəsində ilk onluğa daxildir.

KARI İnstitutunun nümayəndəsi, Cənubi Koreya sənayesinin PAK istehsalında 2023-ci ildə ilk 5, 2027-ci ildə isə ilk 3 ölkə arasında yer alacağını məqsəd olaraq təyin edib. Cənubi Koreya möcüzəsinə inanmamağa heç bir əsasım yoxdur. Hamının bir başı, iki gözü, iki əli və iki ayağı var...

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Ordu.az

Teqlər: Cənubi-Koreya   PAK  

Həvəs ehtirasında düşüncələrin uçuşu: Cənubi Koreyanın Pilotsuz Aviasiya kompleksləri - HƏRBİ ESKPERT

2018/06/5_1529501159.jpg
Oxunub: 2810     21:14     20 İyun 2018    