Seul KXDR-dən təlimlərin dayandırılmasına adekvat addım gözləyir

2018/06/0365168464_1529494988.jpg
Oxunub: 3253     19:43     20 İyun 2018    
Cənubi Koreya ABŞ-la birgə hərbi təlimlərin dayandırılması qərarı qarşılığında Şimali Koreyanın uyğun tədbirlər görməsini gözləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Çoy Hyun-su bəyan edib.

Onun sözlərinə görə, Cənubi Koreya və ABŞ-ın birləşdirilmiş müdafiə sistemi heç bir zəifləmə olmadan qalır və bunun hələ uzun müddət belə olacağı görünür.

“Biz ABŞ-Cənubi Koreya ortaq hərbi təlimlərinin dayandırılması qərarına cavab olaraq uyğun addımlar gözləyirik”, -deyə sözçü bildirib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya dünən hər il keçirilən Ulçi Azadlıq Qvardiyası təlimlərinin bu il keçirilməyəcəyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Cənubi-Koreya   Şimali-Koreya  

Seul KXDR-dən təlimlərin dayandırılmasına adekvat addım gözləyir

2018/06/0365168464_1529494988.jpg
Oxunub: 3254     19:43     20 İyun 2018    