Ermənistanın 1-ci Ordu Korpusunun komandiri kimdir? - DOSYE

2018/06/345_1529494468.jpg
Oxunub: 4007     19:32     20 İyun 2018    
Ermənistan prezidentinin müvafiq əmri ilə polkovnik Jirayr Poğosyan Ermənistanın 1-ci Ordu Korpusunun komandiri təyin edilib.

Ordu.az Poğosyanın tərcümeyi-halını təqdim edir:

Polkovnik Jirayr Poğosyan Dağlıq Qarabağın Xocavənd rayonunun Cartar kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirdikdən sonra, təxribatçı dəstələrin tərkibinə qoşulub.

Daha sonra bu dəstələr birləşərək taborlar yaradılır və bu zaman 2 ədəd tank əldə edilir. Poğosyan isə formalaşmaqda olan taborun tank bölüyündə xidmətini davam edir.

Məlumata görə, o, bu bölmə tərkibində Cartar, Hadrut, Füzuli, Ağdam, Horadiz cəbhələrində təxribatçı əməliyyatlarda iştirak edir. 1993-cü ildə onu taqım komandiri təyin etməklə, ona "leytenant" hərbi rütbəsi verilir. Atəşkəsdən sonra tank hərbi hissəsi yaradılarkən onu tank bölüyünün komandiri, 1 ildən sonra tabor komandiri təyin edirlər.

Daha sonra Poğosyan Rusiya Federasiyasının ümumqoşun akademiyasına daxil olur və oranı bitirir. Geri, hərbi hissəyə qayıdaraq qərargah rəisi, daha sonra hərbi hissə (hərbi hissə 46677, 49-cu əlahiddə tank briqadası-red) komandiri təyin edilir.

Ailəlidir, 3 oğlu var.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Jirayr-Poğosyan  

Ermənistanın 1-ci Ordu Korpusunun komandiri kimdir? - DOSYE

2018/06/345_1529494468.jpg
Oxunub: 4008     19:32     20 İyun 2018    