“Makedoniya iyul sammitində NATO-dan dəvət ala bilər” – Stoltenberq

2018/06/05215684684654_1529493966.jpg
Oxunub: 3101     19:24     20 İyun 2018    
“NATO 11-12 iyul tarixlərində Brüsseldə baş tutacaq sammitdə Makedoniya ilə üzvlük danışıqlarına başlamağı ümid edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.

“Ümid edirəm ki, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə danışıqlarda proqres əldə ediləcək. Çünki onlar Yunanıstanla ad məsələsində razılığa gəldilər. Əgər bu saziş tamamlansa və bütöv olaraq tətbiq edilsə, ölkənin yeni adı Şimali Makedoniya Respublikası olacaq. Bundan sonra Şimali Makedoniya Respublikası NATO üzvlüyünə doğru irəliləyə bilər”, - deyə Stoltenberq əlavə edib.

Bu üzvlüyün tam olaraq nə vaxt mümkün ola biləcəyinə dair suala cavabında, Stoltenberq hər şeyin Yunanıstanla imzalanmış müqavilənin tətbiqindən asılı olduğunu qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Makedoniya   Stoltenberq  

“Makedoniya iyul sammitində NATO-dan dəvət ala bilər” – Stoltenberq

2018/06/05215684684654_1529493966.jpg
Oxunub: 3102     19:24     20 İyun 2018    