Ermənistan MN-də korrupsiya qalmaqalı davam edir - DETALLAR

2018/06/345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897.jpg
Oxunub: 2991     16:01     20 İyun 2018    
Ermənistan müdafiə nazirliyində sui-istifadə hallarının aşkarlanması barədə yeni məlumatlar yayılıb.

Ordu.az-ın daha öncə xəbər veridiyi kimi, iyunun 13-də Ermənitanın dövlət gəlirləri komitəsi müdafiə nazirliyində sui-istifadə hallarının aşkarlanması barədə məlumat açıqlayıb.

Məlumata əsasən 2014-2017-ci illər ərzində Ermənistan müdafiə nazirliyinin satınalmalar və ordu quruculuğu sahəsində mövcud sui-istifadə halları üzrə əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin texniki istehsalat şöbəsinin sabiq rəisi Qriqor Barseğyana və MN-nin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma, rüşvət vermə, rəsmi sənədləri saxtalaşdırma ittihanları irəli sürülüb.

Eyni zamanda Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryanın vəzifə səlahiyyətlərinin icrasının dayandırılması barədə qərar qəbul edilib. İlkin istintaq ərzində müdafiə nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin iş otaqlarında axtarış tədbirləri həyata keçirilib və onların ifadələri alınıb. İfadələri alınması üçün müvafiq orqanlara çağırılanlar arasında müdafiə nazirliyinin sabiq və indiki yüksək vəzifəli şəxsləri, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyanın da adı var.

Yeni məlumatlara görə, 2017-ci ildə müdafiə nazirliyində aşkar edilən bu faktla bağlı Serj Sarkisyanın da adı hallanıb. Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan bu faktı bir neçə il əvvəl aşkar edib və adiyyəti üzrə rəhbərliyə məruzə edib.

Məsələn, hərbi hissələrdən birində 10 kvadrat metrlik silah otağı inşa edilməli idi. Bu məqsədlə müdafiə nazirliyi tikinti üçün zəruri texnika və avadanlıqları ayırıb. 10 kvadrat metrlik əvəzinə 9 kvadrat metrlik silah otağı inşa edilib. Lakin sənədlərdə inşa tələblərinə tam əməl edildiyi göstərilib. Bu barədə Aşot Qriqoryan adiyyəti rəhbər şəxslərə məruzə edib.

Orduda tikinti sahəsində mövcud problemlər haqqında məlumat alan Serj Sarkisyan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryanın şəxsən prezident aparatına gəlməsinə göstəriş verib. Görüşdə Sarkisyan onunla çox kəskin danışıb. Sabiq müdafiə naziri Mikayel Harutyunyanın dövründən bu vəzifədə xidmət edən Aşot Qriqoryan bildirib ki, baş verən hadisəni şəxsən aşkar edərək komandanlığa məruzə edib. Bu görüşdən sonra ona başa salıblar ki, get və öz işinlə məşgul ol.

Hakimiyyət dəyişikliyindən sonra bu qalmaqallı yeyinti hallarının araşdırılmasına yenidən başlanılsa da, Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan baş verən hadisəni şəxsən aşkar edərək, komandanlığa məruzə etdiyini qeyd edib.

Məhz bu izahatın əsasında ifadələri alınması üçün müvafiq orqanlara çağırılanlar arasında müdafiə nazirliyinin sabiq və indiki yüksək vəzifəli şəxsləri, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyanın adının olması istisna edilmir.

Bundan əlavə, Aşot Qriqoryanın bu açıqlamasını əsas götürərək, Ermənistan dövlət gəlirləri komitəsinin istintaq orqanı sabiq müdafiə naziri Seyran Ohanyanın ifadəsinin alınması üçün cəlb etməkdə məqsədinin, onun aktiv seçkiqabağı kompaniyasının qarşısını almaqla, Ohanyanı susdurmaqdan ibarət olduğu istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Xəbər lenti

Ermənistan MN-də korrupsiya qalmaqalı davam edir - DETALLAR

2018/06/345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897.jpg
Oxunub: 2992     16:01     20 İyun 2018    