Kim Çen In Pekinə səfər edib

2018/06/435_1529393875.jpg
Oxunub: 3584     16:04     19 İyun 2018    
Şimali Koreya lideri Kim Çen In bu gün Çinin paytaxtı Pekinə gedib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Kimin burada Çin prezidenti Si Tsinpinqlə iyunun 12-də baş tutmuş Tramp-Kim sammitini müzakirə etməsi gözlənilir.

Bu səfər il ərzində Kim Çen Inın Pekinə etdiyi üçüncü səfərdir. Qeyri-adi şəkildə Çin dövlət mediası Kimin Pekinə gəldiyini və burada iki gün ərzində qalacağını elan edib. Daha öncəki səfərlərdə yalnız Kim Çen In ölkəni tərk etdikddən sonra onun səfəri təsdiqlənirdi.

Kimin Çinə səfər edərək Trampla sammiti müzakirə etməsi gözlənilən idi. Çin Şimali Koreyanın siyasi və iqtisadi olaraq ən əhəmiyyətli dəstəkçisidir. Lakin son dövrlərdə Pekin Pxenyanın nüvə və raket sınaqlarından qəzəblənmiş kimi görünürdü.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kim   Çin   Səfər  

Kim Çen In Pekinə səfər edib

2018/06/435_1529393875.jpg
Oxunub: 3585     16:04     19 İyun 2018    