TSQ Suriyanın Münbiç şəhərinə nəzarəti ələ aldı

2018/06/324_1529330653.jpg
Oxunub: 3523     20:09     18 İyun 2018    
Türkiyə hərbçilərinin ABŞ-la razılaşma çərçivəsində Suriyanın Münbiç şəhərinin ətraf məhəllələrdən birinə daxil olduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Münbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin bəyanatında isə "Fərat qalxanı" sahəsi ilə Münbiç ərazisi arasında yerləşən xəttə Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusunun müstəqil şəkildə nəzarət etməyə başladığı bildirilir.

Məlumatda nəzarətin ABŞ-la əldə edilən razılaşma çərçivəsində həyata keçirildiyi qeyd olunur.

Qeyd edək ki, Münbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG terrorçuları bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Münbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

Ordu.az

Teqlər: TSQ   Münbic  

TSQ Suriyanın Münbiç şəhərinə nəzarəti ələ aldı

2018/06/324_1529330653.jpg
Oxunub: 3524     20:09     18 İyun 2018    