Paraşütçü əsgərlər Rusiya-Belarus-Serbiya ortaq hərbi təlimlərində iştirak etmək üçün Rusiyanın Krasnodar bölgəsinə gəliblər.
Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Slavic Brotherhood 2018" (Slavyan Qardaşlığı) adı verilən təlimlərdə 3 ölkədən ümumilikdə 250 paraşütçü və 40 ədəd kiçik ölçülü hərbi texniki vasitə iştirak edəcək.
Qeyd edək ki, Krasnodar vilayətindəki Rayevski hərbi kampında baş tutacaq təlimlər bu gündən etibarən qarşıdakı 10 gün ərzində davam edəcək.
Dəyanət Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Belarus-Rusiya
Təlim