Cənubi Koreya donanması “Dokdonu müdafiə” təlimləri keçirəcək

2018/06/342_1529308455.jpg
Oxunub: 2999     19:52     18 İyun 2018    
Cənubi Koreya donanması ölkənin uzaq şərqində yerləşən Dokdo adasının müdafiəsinə hazırlıq məqsədi daşıyan ənənəvi hərbi təlimlərə hazırlaşır.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, donanmanın mətbuat xidməti təlimlərin tezliklə start götürəcəyini elan edib.

İki gün davam edəcək təlimlərə 3200 tonluq “Yanqmançun” esminesi, daha beş döyüş gəmisi, P-3C dəniz nəzarət təyyarələri, UH-60 “Black Hawk” helikopterləri və F-15K qırıcıları qatılacaq.

Qeyd edək ki, Cənubi Koreya bu təlimlərin birincisini 1986-cı ildə keçirib. 2003-cü ildən etibarən iki ildə bir dəfə, Seulun adanı müdafiə etməyə hazır olmasını göstərmək məqsədilə həyata keçirilir. Yaponiya adaya iddia edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Təlim  

Cənubi Koreya donanması “Dokdonu müdafiə” təlimləri keçirəcək

2018/06/342_1529308455.jpg
Oxunub: 3000     19:52     18 İyun 2018    