ABŞ hərbi təlim və təhsil vasitəsilə global stabilliyi artırmağı planlayır

2018/06/324_1529232663.jpg
Oxunub: 4526     20:31     17 İyun 2018    
Dünyadakı siyasi və hərbi vəziyyət daha da gərginləşdikcə ABŞ və onun tərəfdaş və müttəfiqlərinin milli təhlükəsizlik və xarici siyasət üzrə addımları daha da kompleks şəkil alır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Təlimlər proqramı (İMET) ildən-ilə öz büdcəsini genişləndirməkdədir.

Proqramın əsas fokus nöqtəsi ölkə daxilində və xaricdə hərbi təlimlərin həyata keçrilməsi, həmçinin seçilmiş hərbi personalın hazırlıq səviyyəsini və hərbi təhsilini daha gücləndirməkdir.

"İMET" son illər ABŞ Müdafiə Nazirliyinin tərkibindəki ən önəmli şöbələrdən birinə çevrilməklə Pentaqonun beynəlxalq miqyasda fəaliyyət göstərən ən böyük mərkəzidir.

Proqram rəsmisinin bildirdiyi açıqlamada qeyd olunub ki, "İMET" sadəcə ABŞ-ın deyil, eyni zamanda onun tərəfdaş və müttəfiqlərinin də milli təhlükəsizliyinin sistemləşdirilməsində önəmli rola sahibdir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Təlim   Hərbi-təhsil  

ABŞ hərbi təlim və təhsil vasitəsilə global stabilliyi artırmağı planlayır

2018/06/324_1529232663.jpg
Oxunub: 4527     20:31     17 İyun 2018    