"İranın ölkəmizdə hərbi bazalar açmasına əngəl yoxdur" - Əsəd

2018/06/2469-Bəşər-Əsəd_1527753281_1529230050.jpg
Oxunub: 4530     18:04     17 İyun 2018    
Suriya prezidenti Bəşər Əsəd Suriyada İranın hərbi bazalara sahib olmasına qarşı əngəl görmədiyini və bunun üçün qapıların açıq olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd bu barədə yerli televiziyalardan birinə verdiyi müsahibəsində danışıb.

“Rusiya kimi İran da Suriyanın müttəfiqi olduğu vaxtdan etibarən ölkəmizdə onun hərbi bazalar açmasına əngəl yoxdur. Lakin hazırda İranın Suriyada hərbi bazası mövcud deyil”, - deyə Əsəd vurğulayıb.

O qeyd edib ki, həm İran, həm də Rusiya Suriyada hökumətin dəvəti ilə fəaliyyət göstərir və əgər zəruri olarsa, Suriya İrandan hərbi baza açmasını xahiş edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əsəd   İran  

"İranın ölkəmizdə hərbi bazalar açmasına əngəl yoxdur" - Əsəd

2018/06/2469-Bəşər-Əsəd_1527753281_1529230050.jpg
Oxunub: 4531     18:04     17 İyun 2018    