Rusiyadan Norveçdə reaksiya: “Düşməncə addımdır”

2018/06/76567_1528983573.jpg
Oxunub: 3561     21:38     14 İyun 2018    
“Moskva Norveçdə ABŞ-ın hərbi mövcudluğunun artırılmasının Oslo tərəfindən atılmış düşməncə addım olduğunu düşünür”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu ifadələr Rusiyanın Norveçdəki səfirliyinin rəsmi “Facebook” hesabında qeyd olunub.

“Belə bir addım Norveçin 1949-cu ildə xarici hərbi qüvvələrə dair aldığı qərara ziddir. Həmin qərarda Norveçin hücuma təhdidi altında olmadığı müddətcə xarici ölkələrin Norveç ərazisində hərbi bazalar qurmasına icazə verilmir. Bu addım göstərir ki, Norveç kifayət qədər etibarlı deyil, o gərginliyin artmasına, silah yarışının qızışmasına və Avropanın şimalındakı vəziyyətin gərginləşməsinə yol aça bilər”, - deyə səfirliyin bəyanatında qeyd olunub.

Xatırladaq ki, çərşənbə axşamı Norveç rəsmiləri ABŞ-la aralarında olan müdafiə əməkdaşlığının müddətini azı 5 il daha uzatmaq niyyətində olduqlarını açıqlayıblar. Bu proqram çərçivəsində ötən ilin yanvarında Norveçin qərbinə ABŞ Dəniz korpusunun 330 hərbçisi yerləşdirilib. Oslo və Vaşinqton arasında aparılan danışıqlar nəticəsində ölkənin şimalındakı Setermoen bölgəsinə daha 370 ABŞ hərbçisinin yerləşdirilməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Norveç   Rusiya  

Rusiyadan Norveçdə reaksiya: “Düşməncə addımdır”

2018/06/76567_1528983573.jpg
Oxunub: 3562     21:38     14 İyun 2018    