Yaponiya Abe və Kim Çen In arasında görüşə ümid edir

2018/06/456_1528979354.jpg
Oxunub: 3502     20:27     14 İyun 2018    
Yaponiya hökuməti bu il Rusiyanın uzaq şərqindəki Vladivostokda baş tutacaq Şərq İqtisadi Forumunu Baş nazir Şinzo Abe ilə Şimali Koreya rəhbəri Kim Çen In arasında görüş üçün əsas arena kimi görür.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbəyə istinadən edən “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya Baş naziri Şinzo Abe İqtisadi Foruma əvvəlcədən planlaşdırılan proqram üzrə qatılacaq. Kremlin mətbuat katibi Dmitri Peskov bir müddət öncə foruma Şimali Koreyanın da dəvət edildiyini bəyan edib.

Peskov Kim Çen Inın Rusiyaya səfər edib-etməyəcəyinə dair dəqiq məlumatın olmadığını bildirib. Yaponiya hökuməti isə forum ərzində Abe ilə KXDR liderinin görüşünə ümid edir.

Yaponiya həmin görüş nəticəsində Şimali Koreya kəşfiyyatı tərəfindən ələ keçirilmiş Yaponiya vətəndaşlarının problemlərinin həllində proqresə nail olmaq niyyətindədir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Abe-In  

Yaponiya Abe və Kim Çen In arasında görüşə ümid edir

2018/06/456_1528979354.jpg
Oxunub: 3503     20:27     14 İyun 2018    