“İranın Suriyadakı mövcudluğu üzərində anlaşmaq mümkündür” – Əsəd

2018/06/5676_1528978655.jpg
Oxunub: 3497     20:16     14 İyun 2018    
“İranın Suriyadakı mövcudluğu müzakirə mövzusu deyil, lakin cənubi Suriya üzərində anlaşmaq mümkündür”.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri İran televiziyasına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd səsləndirib.

Əsəd İranın Suriyadakı mövcudluğunun və Dəməşqlə əlaqələrinin müzakirəyə açıq olmadığını vurğulayıb və İranın Suriyada daimi bazasının mövcud olmamasına dair iddiasını təkrarlayıb.

Bütün bunlara baxmayaraq Suriya prezidenti İsraillə sərhəddə fəaliyyət göstərən İran meyilli qüvvələrə dair razılaşmanın əldə olmasının mümkünlüyünü dilə gətirib.

O, Rusiya, ABŞ və İsraillə kontaktların davam etdiyini və bu barədə müzakirələrin aparıldığını, lakin İranla Suriya arasında əlaqələrin danışıqların tərkib hissəsi olmadığını əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əsəd   İran-Suriya   İsrail  

“İranın Suriyadakı mövcudluğu üzərində anlaşmaq mümkündür” – Əsəd

2018/06/5676_1528978655.jpg
Oxunub: 3498     20:16     14 İyun 2018    