Rusiya XİN: Qlobal nüvəsizləşmə prosesini başlatmaq üçün çox erkəndir

2018/06/56765_1528976524.jpg
Oxunub: 3486     19:32     14 İyun 2018    
“Moskva qlobal nüvə silahlarının sıradan çıxarılması prosesinin başladılmasının çox erkən olduğunu düşünür”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov qeyd edib.

Nüvə Silahlarının yayılmaması müqaviləsinin 50-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə iştirak edən Ryabkov Rusiyanın bu müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə riayət etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya son 30 il ərzində nüvə imkanlarını 85%-ə qədər azaldıb. Ryabkov qlobal nüvəsizləşmə prosesinin diqqətli və praktiki olaraq həyata keçirilməli olduğunu bildirib.

“Nüvə silahlarının yayılmaması müqaviləsinin 6-cı maddəsi ilə Rusiya son 30 il ərzində nüvədən azad dünyaya doğru bənzəri görülməmiş addımlar atıb və öz nüvə potensialını 85% azaldıb”, - deyə Ryabkov əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ryabkov   Rusiya  

Rusiya XİN: Qlobal nüvəsizləşmə prosesini başlatmaq üçün çox erkəndir

2018/06/56765_1528976524.jpg
Oxunub: 3487     19:32     14 İyun 2018    