ABŞ Senatının daha bir komitəsi yeni müdafiə büdcəsini təsdiqləyib

2018/06/56767_1528972926.jpg
Oxunub: 3287     14:35     14 İyun 2018    
Birləşmiş Ştatlar Senatının Maliyyələşdirmə komitəsi 2019-cu maliyyə ili üçün nəzərdə tutulmuş 674,6 milyard dollarlıq müqdafiə büdcəsini təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səsvermə zamanı 48 nəfər qanunun lehinə, 4 nəfər isə əleyhinə səs verib.

Komitənin sədri Rodney Frelinqhuysen bu büdcənin iqtisadi böyüməni və fürsətləri artıracağını bildirib. Onun sözlərinə görə, büdcə həm də maliyyə sisteminə stabillik qazandıracaq.

Qeyd edək ki, yeni büdcənin 606,5 milyard dolları baza ödənişlər, 68,1 milyard dolları isə xaricdəki kontingentlərin əməliyyatları və qlobal terrorla müharibənin maliyyələşməsinə ayrılacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Senatı   Müdafiə-büdcəsi  

Xəbər lenti

ABŞ Senatının daha bir komitəsi yeni müdafiə büdcəsini təsdiqləyib

2018/06/56767_1528972926.jpg
Oxunub: 3288     14:35     14 İyun 2018    