Koreya yarımadasındakı sülh çağırışları hələ hər şey demək deyil

2018/06/345345_1528968001.jpg
Oxunub: 3079     13:19     14 İyun 2018    
ABŞ-ın bir çox elm adamı Koreya ilə ABŞ arasında əldə edilən nüvə razılığının hələ hər şey demək olmadığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı münasibət bildirən akademik Daniel Kovalik qeyd edib ki, bu addımı ABŞ və bütün Dünya üçün uğurlu hesab etmək olar.

Onun sözlərinə görə, KXDR vətəndaşlarının taleyi ilə bağlı bir çox qaranlıq məqamlar mövcuddur.

“Şübhəsiz hazırda hər kəs xoşbəxtdir. Lakin Liviyanı xatırlayın. Qəddafi nüvəsizləşmə ilə bağlı razılıq verdi, amma daha sonra Liviya xalqının başına gələnlərdən hər birimiz xəbərdarıq. Məsələ nüvəsizləşmədən daha çox insan azadlıqlarının tam təmin edilməsidir. Bu iş yarıda buraxılmamalıdır”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Nüvə  

Xəbər lenti

Koreya yarımadasındakı sülh çağırışları hələ hər şey demək deyil

2018/06/345345_1528968001.jpg
Oxunub: 3082     13:19     14 İyun 2018    