“NATO düşmənləri daxildədir” - Vollonder

2018/06/547_1528965217.jpg
Oxunub: 3390     16:26     14 İyun 2018    
NATO-nun hazırki vəziyyəti ilə bağlı ən böyük problemin alyansın öz daxilindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə politoloq A.Vollonder öz çıxışında bildirib.

O qeyd edib ki, hazırda alyans çox sayda təhlükə ilə qarşı-qarşıyadır. Terrorizm, miqrant böhranı, Rusiya, Trampın qərarları və s. Lakin əsas düşmən bu deyil. NATO-nun ən böyük düşməni öz daxilindədir. Hazırda ən əhəmiyyətli problem alyansa üzv ölkələrdə liberal demokratiya ənənələrinin ciddi şəkildə zəifləməsidir.

“Bütün müttəfiq dövlətlərdə hazırda demokratik yolla seçilmiş hökumətlər fəaliyyət göstərir. Bu hökumətlər öz daxillərində vətəndaşa hesabat vermə prinsiplərini daha da möhkəm saxlamalıdırlar. Bu olmazsa daha ciddi böhranlarla qarşılaşa bilərik”, - deyə ekspert sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: NATO   Vollonder  

“NATO düşmənləri daxildədir” - Vollonder

2018/06/547_1528965217.jpg
Oxunub: 3391     16:26     14 İyun 2018    