Ərdoğan: “Rusiya ilə “S-500”lərin ortaq istehsalını həyata keçirəcəyik”

2018/06/435345_1526479128_1527236520_1528960860.jpeg
Oxunub: 3401     11:16     14 İyun 2018    
Türkiyə özünün uzun mənzilli raket sistemlərinin istehsalı üçün Rusiya ilə birgə “S-500” istehsalı həyata keçirərək qarşı tərəfin təcrübəsindən yararlanmağa çalışır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı çıxış edərkən bildirib ki, bu, Rusiya və Türkiyə arasında hərbi əməkdaşlığın növbəti mərhələsi olacaq.

O qeyd edib ki, birinci mərhələdə Rusiya çox uyğun şərtlər daxilində Türkiyəyə “S-400” hava hücumundan müdafiə sistemlərinin satışını həyata keçirdi.

“Əməkdaşlığın ikinci və üçüncü mərhələsində biz Rusiya ilə “S-500” sistemlərinin ortaq istehsalını həyata keçirəcəyik. Bu, Türkiyə üçün daha sonra özünün raket sistemlərini istehsal etməsi adına önəmli təcrübə olacaq”, - deyə prezident sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə-Rusiya   S-500   Ərdoğan  

Xəbər lenti

Ərdoğan: “Rusiya ilə “S-500”lərin ortaq istehsalını həyata keçirəcəyik”

2018/06/435345_1526479128_1527236520_1528960860.jpeg
Oxunub: 3402     11:16     14 İyun 2018    