İran yeni hava hücumundan müdafiə sistemini təqdim edəcək

2018/06/34534_1528957986.jpg
Oxunub: 3489     14:30     14 İyun 2018    
İran yaxın zamanlarda özünün “Bavar 373” hava hücumundan müdafiə sisteminin təqdimatını həyata keçirəcək

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun generalı Əli Balali bildirib.

O qeyd edib ki, yeni sistemin dizaynı və funksionallığı özlüyündə bir çox innovativ keyfiyyətləri ehtiva edir.

“Bu ana qədər İran bir neçə fərqli hava hücumundan müdafiə sistemləri istehsal edib. Amma şübhəsiz ki, “Bavar 373” bunların içində ən yaxşısı olacaq”, - deyə general vurğulayıb.

Sistemlərin xüsusiyyətləri ilə bağlı geniş açıqlama etmək istəməyən ordu rəsmisi çox qısa zamanda təqdimatın həyata keçiriləcəyini və detallı açıqlamanın istehsalçılar tərəfindən orada veriləcəyini deyib.

Qeyd edək ki, bu sistemlər İran HHQ-nə məxsus Xatəm əl-Anbia aviabazasında quraşdırılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   Bavar-373  

İran yeni hava hücumundan müdafiə sistemini təqdim edəcək

2018/06/34534_1528957986.jpg
Oxunub: 3490     14:30     14 İyun 2018    