KXDR və Cənubi Koreya hərbi rəsmiləri ilk dəfə bir araya gəlib

2018/06/345345_1528956674.jpg
Oxunub: 3200     10:08     14 İyun 2018    
Koreya yarımadasının iki dövləti sərhəddə gərginliyin azaldılması üçün danışıqlar həyata keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər görüşdə yüksək səviyyəli hərbi nümayəndələrlə təmsil olunurlar.

Görüşdə Cənubi Koreyanı təmsil edən general Kim Do-qyun bildirib ki, hər iki tərəf Koreya yarımadasına yeni sülh erasının başladılması üçün bütün səylərini ortaya qoyacaq.

Görüşdə iştirak edən KXDR generalı An İk San öz həmkarını qısqandığını bildirib: “O demarkasiya xəttini keçən ilk hərbçi oldu. Görüşün Cənubi Koreyda keçirilməsini istəyərdim”, - deyə general zarafat edib.

Qeyd edək ki, bu görüş tərəflər arasında ilk hərbi səviyyəli danışıqlardır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Koreya   Hərbi-rəsmilər   Görüş  

Xəbər lenti

KXDR və Cənubi Koreya hərbi rəsmiləri ilk dəfə bir araya gəlib

2018/06/345345_1528956674.jpg
Oxunub: 3201     10:08     14 İyun 2018    