Pentaqon Cənubi Koreya ilə ortaq təlimlər barədə yeni qərar qəbul edib

2018/06/34534_1528956110.jpg
Oxunub: 3295     14:00     14 İyun 2018    
Pentaqonda Trampın Koreya yarımadasında həyata keçiriləcək təlimlərin ləğv edilməsi ilə bağlı qərarından sonra təlimlərin fərqli formatda həyata keçirilməsi barədə yeni qərar qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon bu qərardan sonra təlimlərin başqa müstəvidə həyata keçirilməsi ilə bağlı fərqli plan üzərində işləyir.

Rəsmi açıqlamada qeyd olunub ki, bu təlimlər üçün Cənubi Koreyanın bir sıra hazırlıqlar həyata keçirdiyi və müzakirəsiz şəkildə belə bir addımın atılmasının qarşı tərəfdə narazılıq oyatması anlaşılandır.

“Bu addım iki tərəf arasında münasibətlərə zərər verə bilər. Buna mane olmaq üçün biz təliməri başqa müstəviyə keçirəcəyik. Belə ki, yeni qərara əsasən ABŞ ordusunun təcrübəli qulluqçuları Cənubi Koreya hərbçilərinə praktiki təlimlər keçəcək”, - deyə açıqlamada bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Təlimlər  

Pentaqon Cənubi Koreya ilə ortaq təlimlər barədə yeni qərar qəbul edib

2018/06/34534_1528956110.jpg
Oxunub: 3296     14:00     14 İyun 2018    