Husilər təkzib etdi: Koalisiya Hodaydada üstünlüyü ələ ala bilməyib

2018/06/5498749846_1528095294_1528955211.jpg
Oxunub: 3037     09:45     14 İyun 2018    
Husilər Səudiyyə Ərəbistanının Yəmənin liman şəhəri olan Hodaydaya hücumunu kəskin şəkildə qınayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Livan televiziyasına açıqlama verən husi liderlərindən biri qeyd edib ki, koalisiya qüvvələri bu ana qədər Hodaydada üstünlüyü ələ ala bilməyiblər.

O qeyd edib ki, bizim şəhərdəki mövqelərimiz Səudiyyə Ərəbistanına və BƏƏ-yə məxsus koalisiya qüvvələrinin hücumuna məruz qalıb. Qarşı tərəf məsələni danışıqlar masasına aparmaq istədiyini bildirir, sonra da ağır artilleriya ilə havadan və qurudan hücum edir.

“Əlbəttə ki, hazırki vəziyyət danışıqlar üçün heç də uyğun görünmür. Səudiyyə Ərəbistanı və BƏƏ Yəmənin təhlüksəizliyinə və suverenliyinə başlıca təhdiddir”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   Husilər  

Xəbər lenti

Husilər təkzib etdi: Koalisiya Hodaydada üstünlüyü ələ ala bilməyib

2018/06/5498749846_1528095294_1528955211.jpg
Oxunub: 3040     09:45     14 İyun 2018    