İraq ordusu Mosulda dinc əhalinin öldürülməsi iddialarını rədd edib

2018/06/45645_1528954493.jpg
Oxunub: 3318     13:33     14 İyun 2018    
İraq ordusundan Mosulda həyata keçirilən hücumlar zamanı dinc əhalinin həyatına heç bir təhlükə törədilmədiyi bildirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Hərbi Qüvvələrin sözcüsü Ahmed əl-Obeyidi bildirib.

O qeyd edib ki, son günlərdə İraq ordusunun mülki vətəndaşların ölümündə təqsirkar olması ilə bağlı gəzən iddialar həqiqəti əks etdirmir.

“Bu xəbərlərin heç bir əsası yoxdur. Ordunun Mosulda həyata keçirdiyi əməliyyatlar dinc əhalinin təhlükəsizliyini tam şəkildə təmin edildikdən sonra baş tutub. Hətta orduya məxsus qüvvələr bir neçə terror hücumunun qarşısını da alıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, yayılan xəbərlərdə İraq ordusunun hücumları zamanı 27 dinc sakinin həyatını itirdiyi bildirilirdi.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İraq   Mosul  

İraq ordusu Mosulda dinc əhalinin öldürülməsi iddialarını rədd edib

2018/06/45645_1528954493.jpg
Oxunub: 3319     13:33     14 İyun 2018    