Aİ-nin büdcəsində təhlükəsizlik və müdafiə məsələləri önəmli yer alıb

2018/06/35226008_2561562084069944_8970728978033672192_n_1528916459.jpg
Oxunub: 2740     22:58     13 İyun 2018    
Avropa İttifaqının 2021-2027-ci illər üçün uzun perspektivli büdcəsi ittifaqa üzv dövlətlərin vətəndaşlarının təhlükəsizliyini daha da artıracaq və Aİ-ni daha güclü qlobal aktyora çevirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qeyd olunan dövr üçün müdafiə məsələlərinə toplamda 13 milyard avro büdcə ayrılacaq.

Məsələ ilə bağlı münasibət bildirən İttifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, bu məbləğin 4,1 milyardı xüsusi hərbi araşdırma layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq.

Qalan 8,9 milyard isə araşdırmalardan çıxan nəticələrin prototipləşdirilməsi və kütləvi həyata keçirilməsinə xərclənəcək.

Nümayəndə sözlərinə onu da əlavə edib ki, əvvəlki dövrlə müqayisədə büdcədəki 5 faizlik real artım Avropa İttifaqı vətəndaşlarına daha təhlükəsiz gələcək vəd edir ki, bu da İttifaqı uzun perspektivdə daha önəmli qlobal aktora çevirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Avropa-İttifaqı   Təhlükəsizlik   Müdafiə  

Xəbər lenti

Aİ-nin büdcəsində təhlükəsizlik və müdafiə məsələləri önəmli yer alıb

2018/06/35226008_2561562084069944_8970728978033672192_n_1528916459.jpg
Oxunub: 2743     22:58     13 İyun 2018    