Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında tədbir keçirilib

2018/06/35238174_1684563251664831_7479573739395350528_n_1528912632.jpg
Oxunub: 2848     01:15     14 İyun 2018    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iyun ayının 1-dən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunan kütləvi vətənpərvərlik tədbirlərinin aylığına start verilib.

Ordu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün növbəti bayram tədbiri Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Azərbaycan xalqının öz ümumilli liderinə və rəhbərinə olan sonsuz sevgisi, qüdrətli ordusuna olan inamı bir daha nümayiş olunub.

Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi xarici siyasətdən, daxili islahat və ordu quruculuğundan söz açıb.

Rayonun Mədəniyyət Mərkəzinin qarşısında baş tutan bayram tədbirdə bütün rayon ictimaiyyəti, sakinləri və şəhərin qonaqları iştirak edib. Tədbir incəsənət nümayəndələri və hərbi orkestrın musiqi ifaları ilə davam edib.

Cümşüd Məmmədov
Ordu.az

Teqlər: Qazax   MN   Milli-Qurtuluş-Günü  

Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında tədbir keçirilib

2018/06/35238174_1684563251664831_7479573739395350528_n_1528912632.jpg
Oxunub: 2849     01:15     14 İyun 2018    