Erməni əsgərinin zorlanması işi üzrə YENİ DETALLAR

2018/06/ermeni_34756756_150416811045345345_1508835456_1523513391_1526561025_1526988120_1528911151.jpg
Oxunub: 2683     21:33     13 İyun 2018    
Syunik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin işğal altında olan Xankəndindəki məhkəmə iclasında Qarabağın Ağdərə yaşayış məntəqəsindəki qanunsuz hərbi birləşmədə baş verən zorlama hadisəsinə dair məhkəmə istintaqı başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şübhəli kürsüsündə fevral ayında hərbi xidmətə çağırılan və bir neçə müddətdən sonra anasına zəng edərək, komandiri “Q” tərəfindən döyüldüyü və təcavüzə məruz qaldığını deyən müddətli xidmət hərbi qulluqçusu “K”dır.

Erməni əsgərin komandiri “Q” baş vermiş hadisəni inkar edir və ordudan təxris olunmaq üçün ona şər atıldığını iddia edir. Təqsirləndirilən erməni əsgəri öncə fakt üzrə zərərçəkən kimi qeyd olunsa da, sonradan Xankəndində saxlanıldığı hərbi polis əməkdaşlarının təsiri altında izahatını dəyişib və nəticədə yalan ifadə verdiyinə görə özünə qarşı cinayət işi açılıb.

İyunun 3-də keçirilən məhkəmədə zərərçəkən vəziyyətinə düşmüş erməni əsgəri vəkildən və izahatlarından imtina edib. Nəticədə, məhkəmə təxirə salınıb.

Zərərçəkən erməni əsgərinin anası ifadəsində bildirib ki, hərbi polis nümayəndələri dəfələrlə onu təhdid ediblər. Erməni əsgərinin anası işin düzgün araşdırılmasına ümid etmədiyini və Ermənistan hakimiyyət orqanlarına, müdafiə nazirliyinə etdiyi müraciətlərdən müsbət nəticə əldə olunmadığını qeyd edib.

Alpər Mövludöğlu
Ordu.az

Teqlər: #Ermənistan-Ordusu#Zorlama  

Xəbər lenti

Erməni əsgərinin zorlanması işi üzrə YENİ DETALLAR

2018/06/ermeni_34756756_150416811045345345_1508835456_1523513391_1526561025_1526988120_1528911151.jpg
Oxunub: 2684     21:33     13 İyun 2018    