Ohanyan mənimsəmə faktı ilə bağlı istintaqa cəlb edilib

2018/06/default_1528897076.jpg
Oxunub: 2755     17:37     13 İyun 2018    
Ermənistanın Müdafiə nazirliyinin keçmiş və indiki vəzifəli şəxsləri, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb.

Ordu.az erməni KİV-inə istinadən xəbər verir ki, məlumatı komitənin mətbuat xidməti yayıb.

Ermənistan müdafiə nazirliyində 2014-2017-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət vermə, rüşvət alma, rəsmi sənədləri saxtalaşdırmasına görə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin texniki istehsal şöbəsinin keçmiş rəisi Qriqor Barseğyana və Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryana qarşı ittiham irəli sürülüb.

Ermənistan höküməti yanında dövlət gəlirləri komitəsi tərəfindən aparılan araşdırmalar əsasında prokurorun razılığı ilə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryanın vəzifə səlahiyyətlərinin müvəqqəti dayandırılmasına qərar verilib.

Araşdırma gedişatında Ermənistan müdafiə nazirliyinin bir neçə yüksək vəzifəli şəxslərinin iş otaqlarında da axtarışlar aparılaraq, onlarla şəxs dindirilib. Müdafiə nazirliyinin indiki vəzifəli şəxsləri ilə yanaşı, keçmiş vəzifəli şəxsləri də, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyanı da istintaqa çağırıblar.

Araşdırmalar davam edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xəbər lenti

Ohanyan mənimsəmə faktı ilə bağlı istintaqa cəlb edilib

2018/06/default_1528897076.jpg
Oxunub: 2756     17:37     13 İyun 2018    