Koalisiya qüvvələri husilərə qarşı yeni hücumlara başlayıb

2018/06/2FWE4FDPAEI6RPKQXABYTJHFNE_1528896716.jpg
Oxunub: 2980     21:30     13 İyun 2018    
Səudiyyə Ərəbistanı və Yəmən Hökumətinin liderliyindəki koalisiya qüvvələri liman şəhəri olan Hodeydaya hücum həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum bu gün səhər saatlarında həyata keçirilib. Hücum nəticəsində koalisiya qüvvələrinə ölkənin içlərinə doğru irəliləmək üçün yeni dəhliz açılıb.

Məsələ ilə bağlı Yəmən hökumətindən verilən rəsmi açıqlamada qeyd olunub ki, “Husi” qiyamçılarının sıxışdırılması onları son məqamda danışıqlar masasına oturmağa məcbur edəcək.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi təşkilatları bu hücumu qınayıb və baş verən hərbi qarşıdurmaların 400 min mülki əhalinin təhlükəsizliyi üçün ciddi təhdidlər ortaya çıxdığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Husilər   Yəmən  

Koalisiya qüvvələri husilərə qarşı yeni hücumlara başlayıb

2018/06/2FWE4FDPAEI6RPKQXABYTJHFNE_1528896716.jpg
Oxunub: 2981     21:30     13 İyun 2018    