KORSAR: Azərbaycan və Ukraynadan birgə TƏİRK istehsalı – HƏRBİ ESKPERT

2018/06/345345_7644474600.jpg
Oxunub: 11042     16:48     13 İyun 2018    
Ukrayna müstəqil olaraq, Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK) tam istehsal edə bilən azsaylı dövlətlərin sırasına daxildir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Ukrayna tərəfi ilə müştərək tank əleyhinə raket kompleksləri istehsal etməsi barədə apardığı danışıqlar məntiqi sonluğuna yaxınlaşır. Silahlı Qüvvələrimizin TƏİRK-lərə olan ehtiyacının ödənilməsində yer ala biləcək "Korsar" yüngül daşınan raket kompleksinin təyinatı, taktiki texniki xüsusiyyətləri, imkanları, quruluşu və iş prinsipi barədə bəzi məlumatları Sizinlə bölüşmək istəyirik.

2017-ci ilin avqust ayında "Luç" Kiyev Konstruktor Bürosunun istehsalı olan "Korsar" yüngül daşınan raket kompleksi Ukrayna silahlanmasına qəbul edildi. Ukrayna ordusunun bölmələri hazırda intensiv surətdə bu tip raket komplekslərini silahlanmaya qəbul edir.

Bu kompleks idarəolunan RK-3OF qəlpəli fuqas qumbarası ilə yüngül zirehli obyektləri, ərazi mühəndis qurğuları (DOT, DZOT), hərəkətsiz helikopterləri və canlı qüvvəni, digər idarəolunan RK-3K kumulyativ tandem qumbarası vasitəsilə dinamik də daxil olmaqla istənilən müasir zirehli qorunmaya malik hərəkətli və hərəkətsiz texnikaları, hərəkətsiz helikopterləri və s. məhv etmək üçün nəzərdə tutulur. Təlim məqsədilə inert başlıqlı RK-3İ qumbaralarından istifadə edilir.

"Korsar" kompleksi lazer tuşlama mexanizminin köməyi ilə hədəfləri 2.5 km məsafədə məhv edir, bu isə ABŞ-ın FGM-148 "Javelin" TƏİRK-in məhvetmə məsafəsinə uyğundur. Hədəfə tuşlanmada idarəetmə kanalının təhlükəsizliyi üçün aşağı səviyyəli enerji təminatından istifadə edilir. Kompleksin əsas üstünlüklərindən biri də kiçik ölçüdə olmasıdır ki, bu da onun daşınmasına və köməkçi avadanlıq olmadan "çiyindən" atəş açmasına imkan verir. İstənilən mövqedən istifadəsi mümkündür. Hazırlıqlı mövqeləri müdafiə etmək üçün kompleksin xüsusi bir üçayaq qurğudan da istifadəsi nəzərdə tutulur.

Taktiki-texniki göstəriciləri

- Atəş məsafəsi 100-2500 m;
- Maksimal məsafəyə uçuş vaxtı 12 s;
- Tuşlanma yarım-avtomatik, lazer şüası vasitəsilə;
- Döyüşə hazırıq 10 s;
- 2.5 km məsafədə hədəfdən yayınma 250 mm-dən azdır;
- İstifadə edilən temperatur - 40 dərəcədən + 60 dərəcəyə qədərdir.

Döyüş başlığınin zirehə nüfuzetməsi

- Kumulyativ tandem qumara ilə 550 mm;
- Qəlpəli fuqas qumbarası ilə 50 mm.

Kütləsi

- Atıcı qurğu 9.2 kq;
- Üçayaq 6.3 kq;
- Konteynerdə raket 15.3 kq.

Ölçüləri

- Raketin kalibri 107 mm;
- Konteyner uzunluğu 1180 mm;
- Konteynerin diametri 113 mm.

"Korsar" kompleksinin tərkibi

- İdarəolunan raketə malik atıcı-nəqliyyat konteyneri (ANK);
- Atıcı qurğu;
- Tuşlama çihazı;
- Üçayaq.

Atıcı-nəqliyyat konteyneri (ANK)

- Kütləsi 15.3 kq;
- Uzunluğu 1180 mm;
- Diametri 113 mm.

İdarəolunan raket

- Kütləsi 10.5 kq;
- Kumulyativ tandem döyüş başlığı 4.3 kq;
- Qəlpəli fuqas döyüş başlığı 3.5 kq;
- Uzunluğu 910 mm;
- Xarici diametri 107mm.

Atıcı qurğu

- Kütləsi 9.2 kq;
- Batareyaların nominal tutumu 6 А∙s;
- Cərəyan, +(15±2) V;
- Ölçüləri 600х300х290 mm.

Atıcı qurğu, uzərində idarəolunan raketə malik atıcı-nəqliyyat konteyneri (ANK) yerləşdirmək, raketin tanınmasını və konteynerdən buraxılmasını təmin etmək üçün nəzərdə tutulub.

Onun tərkibi aşağıdakılardan ibarətdir:

- Atıcı çərçivə;
- Tuşlama cihazı;
- Enerji bloku.

Tuşlama cihazı

Hədəflərin yüksək dəqiqliklə məhv edilməsini "Lzyumski cihazqayırma zavodu"nun istehsalı olan PN-KU nişangahı təmin edir.

- Kütləsi 4.9 kq-dan az;
- Optik nişangah böyütməsi 8х qat;
- Ərazi görmə bucağı 5 dərəcədən az deyil;
- Ölçüləri 300х220 mm.

Tuşlama cihazı aşağıdakı funksiyalara malikdir

- Raketin idarəolunması üçün lazer sahəsini yaradır;
- Hədəfləri axtarmaq, aşkar etmək, tuşlayıcı tərəfindən tanınması və raketin hədəfə tuşlanması.

Üçayaqlı qurğu

- Kütləsi 6.3 kq;
- Ölçüləri 250х160х775mm;
- Tuşlama bucağı
Azimut üzrə 360 dərəcə;
Hədəfin yerinə görə - 10 dərəcədən + 20 dərəcəyə qədər.

Kompleksin iş prinsipi

"Korsar" yüngül daşınan tank əleyhinə idarəolunan raket kompleksi, həm mobil və avtonom istismarı, həm də özünə nəzarət sisteminin diaqnostikasını təmin edən qurğulara sahibdir. Raketin hədəfə tuşlanması lazer şüasının istiqamətlənməsi metodu ilə həyata keçirilir.

Hədəf operator tərəfindən atıcı qurğunun bir hissəsi olan tuşlama cihazının vasitəsilə mexaniki və ya avtomatik rejimdə müşayiət olunur. Tuşlama sistemi funksional olaraq optik nişangahdan və raketin lazer idarəetmə kanalından ibarətdir. Optik nişangah vasitəsilə operator axtarış həyata keçirir, hədəfi tanıyır və onu izləməyə başlayır. Lazer kanalı və optik nişangah bir-birinə uyğunlaşdırılıb. Raketin idarə olunmasının məlumat sahəsi tuşlama cihazı tərəfindən yaradılır. İdarəetmə sistemi raketi lazer informasiya şüasının mərkəz xəttinə çıxararaq, onun hədəfə zərbə endirənə qədər bu səviyyədə qalmasını təmin edir.

Kompleksin üstünlükləri

Bir sıra perspektivli texniki yeniliklərin tətbiqi müasir taktiki-texniki xüsusiyyətlər səviyyəsini əldə etməyə imkan verir:
- Hazırlıqlı və hazırlıqsız mövqelərdən, həm üçayaqdan, həm də səngərin sipəri üzərindən atəş açmaq imkanı;
- Kumulyativ döyüş başlığından istifadə etməklə dinamik qorunmalı zirehli hədəfləri məhv etmək imkanı;
- Tuşlama prosesinin gizli saxlanılması məqsədilə aşağı enerjili şüalanma rejimində aparılması;
- Tuşlama sisteminin radiomanelərə qarşı yüksək müdafiə qabiliyyəti;
- Yüksək dəqiqlik və uzaq atəş məsafəsi;
- Hərəkət edən hədəflərə ( helikopterlərə, kəşfiyyat döyüş maşınlarına, zirehli daşıyıcılara və s.) atəş açmaq imkanı.

Nəticə

Azərbaycanın Ukrayna ilə belə bir komplekslərin birgə istehsalını planlaşdırması başadüşüləndir. Dəyəri çox da yüksək olmayan yüngül zirehli vasitələrə qarşı 100 min dollardan da yüksək dəyərə sahib "Spayk" və ya "Javelin" kimi komplekslərdən istifadə etmək iqtisadi cəhətdən səmərəli deyil, məsrəflər qazancı doğrultmur, bəzən isə haqlı olaraq bədxərclik kimi dəyərləndirilir.

"Korsar" tank əleyhinə komplekslər bəzi hallarda daha effektiv və daha ucuzdur, müəyyən xüsusiyyətlərinə görə isə ABŞ istehsalından heç də geri qalmır. Eyni atəş məsafəsinə və 10 dəfə artıq dəyərə sahib "atdım- unutdum" funksiyalı "Javelin" kompleksləri, yerli "Korsar"dan fərqli olaraq istilik kontrastı olmayan hədəfləri, məsələn mühəndis qurğularını, komanda məntəqələrini, sığınacaqları məhv edə bilmir. Azərbaycan-Ermənistan münaqişəsində yüz kilometrlərlə uzanan birinci eşalon bölmələrinin bir-birindən əsasən 50- 500 metr diapazonda yerləşdiyini, düşmənin ön xəttinin uzunmüddətli, hazırlıqlı və istilik kontrastı olmayan atəş nöqtələrindən ibarət olduğunu nəzərə alarsaq, seçimin uğurlu olduğunu iddia edə bilərik.

Digər tərəfdən, hazırda dünyada baş verən münaqişələrdə, dağlıq ərazilərdə ağır tanklardan istifadə tendensiyasının daha yüngül və mobil vasitələrin istifadə ənənəsilə əvəz olunmağa doğru istiqamətləndiyini də nəzərə alsaq, artıq şərhə ehtiyac qalmayacaq.

Azərbaycanla Ukrayna xalqlarının münasibətləri daim yüksək səviyyəsi ilə fərqlənib. Biz heç vaxt Qarabağ müharibəsinin ilkin mərhələsində, 90-cı illərin əvvəllərində silah və texnika ilə təminatda ciddi problemlərimizin olduğu zamanda Ukrayna xalqının verdiyi hərtərəfli dəstəyi unutmarıq. Tarixən yaxın dost və müttəfiq olan iki ölkənin birgə layihələrə imza atması isə təbii qarşılanmalıdır. Bənzər ərazi problemləri olan, Ukrayna və Azərbaycanın müdafiə sənayesi son illər ərzində ciddi nailiyyətlərə imza atır. Hər iki dost və tərəfdaş ölkənin bu nailiyyətlərə öz töhfəsini verməsi və onlardan yararlanması bir növ mənəvi borc olaraq dəyərləndirilməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan-Ukrayna   Korsar  

Xəbər lenti

KORSAR: Azərbaycan və Ukraynadan birgə TƏİRK istehsalı – HƏRBİ ESKPERT

2018/06/345345_7644474600.jpg
Oxunub: 11043     16:48     13 İyun 2018    