Türkiyə PKK məsələsi ilə bağlı İranla danışıqlarını davam etdirir

2018/06/456_1528887631.jpg
Oxunub: 2237     14:59     13 İyun 2018    
“Türkiyə İran-İraq sərhəddində yerləşən PKK terroçularına qarşı hərbi əməliyyatların keçirilməsi üçün İranla danışıqları aparır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, hazırda PKK üzvü olan çox sayda terrorçunun İraq-İran sərhəddində yerləşməsi ilə bağlı məlumatlar var.

Çavuşoğlu bildirib ki, İraqın İranla sərhədindəki Kandil bölgəsində məskunlaşmış terrorçu qüvvələr sadəcə Türkiyə üçün deyil həmçinin İranın təhlükəsizliyinə də təhdiddir.

“Hazırda bu problemin aradan qaldırılması üçün İranla danışıqlar aparılır. Qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə Türkiyə Kandil və Sincarda PKK-ya qarşı əməliyyatar həyata keçirəcək”, - deyə o sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   PKK   İran  

Xəbər lenti

Türkiyə PKK məsələsi ilə bağlı İranla danışıqlarını davam etdirir

2018/06/456_1528887631.jpg
Oxunub: 2238     14:59     13 İyun 2018    