Paşinyan mitinqlərə dəstək verən komandiri yüksək vəzifəyə təyin edib - DETALLAR

2018/06/3453_1528887258.jpg
Oxunub: 2278     14:52     13 İyun 2018    
Ermənistanda sərhəd qoşunlarının yeni təyin edilən komandiri etiraz aksiyaları dövründə nümayişçilərə qoşulan hərbçilərin komandiri olub.

Ordu.az-ın daha öncə xəbər verirdiyi kimi, dünən Ermənistan baş nazirinin təqdimatı əsasında Vağinak Sarkisyan Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları komandanı təyin edilib. Lakin bu təyinat təsadüfi deyil.

Belə ki, aprelin 23-də Serj Sarkisyanın baş nazirliyi əleyhinə İrəvanda keçirilən və 10 gün davam edən “Mənim addımım” təşəbbüs qrupunun etiraz nümayişlərinə qəflətən hərbi geyimdə sülhməramlı briqadanın hərbi qulluqçuları qoşulub.

Məlumata görə, Vağinak Sarkisyan həmin briqadanın komandiri olub. Ermənistan Müdafiə nazirliyində yayılan məlumatlara görə, hərbi hissə komandanlığı hərbi qulluqçuların etirazçılara qoşulmasına yardım edib.

Hazırda bir çox ekspertlər Sarkisyanın yüksək vəzifəyə təyinatını məhz bununla əlaqələndirirlər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Paşinyan   Ermənistan-Sərhəd-qoşunları  

Xəbər lenti

Paşinyan mitinqlərə dəstək verən komandiri yüksək vəzifəyə təyin edib - DETALLAR

2018/06/3453_1528887258.jpg
Oxunub: 2279     14:52     13 İyun 2018    