DSX “Heydər Əliyev zirvəsi”nə yürüş təşkil etdi - FOTOLAR

2018/06/3_1528886496.jpg
Oxunub: 2766     14:41     13 İyun 2018    
Dövlət Sərhəd Xidməti tərəfindən “Heydər Əliyev zirvəsi” və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə ənənəvi yürüşlər təşkil olunub.

DSX-nin mətbuat mərkəzindən Ordu.az-a bildirilib ki, “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azər­bay­can dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi və Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xid­mət etməkdən qürur hissini ifadə etmək məqsədilə 12 iyun 2018-ci il tarixdə xidmətdə fərqlənmiş bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.

Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvələrə qalxaraq orada Azər­bay­can Respubli­kasının Dövlət Bayrağını ucaltmış, Dövlət Himnini ifa etmiş və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidiblər.

Zirvələrdə nitq ilə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Ordu.az

Foto

Teqlər: DSX   Qurtuluş-Günü  

Xəbər lenti

DSX “Heydər Əliyev zirvəsi”nə yürüş təşkil etdi - FOTOLAR

2018/06/3_1528886496.jpg
Oxunub: 2767     14:41     13 İyun 2018    